Nazirlikdən valideynlərin imtahanla bağlı etirazına CAVAB
Icma.az bildirir, Oxu.az portalına istinadən.
25-27 iyun tarixlərində mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imtahanları keçirilib. 26 iyunda keçirilmiş imtahanın nəticələrindən narazı olan bir qrup valideyn Baku TV-yə müraciət edərək şikayətlərini dilə gətirib.
"Heç bir sübut göstərmədən övladlarımızın nəticələrini ləğv ediblər. Deyirlər ki, suallarda sızma var. Biz ilk imtahanın nəticələrinin bərpa olunmasını istəyirik. Övladlarımız təhsil almaq istəyirlər, dövlətdən mal-mülk istəmirlər", - deyə valideyn Səbinə Kərimova etirazını bildirib.
Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov məsələ ilə bağlı açıqlama verib.
"İmtahan zamanı şagirdlərdə "şparqalka"lar aşkar etmişik. Həmçinin müəyyən etmişik ki, bəzi şagirdlər tərəfindən imtahandan əvvəl sualların əldə olunması ehtimalı var. Ona görə də Elm və Təhsil Nazirliyinin tapşırığı ilə komissiya yaradılaraq nəticələr təhlil edilib. 350-yə yaxın valideyn və şagird Təhsil İnstitutuna dəvət edilib. Həm valideynlərlə söhbət aparılıb, həm də şagirdlərə imtahandakı suallardan ibarət yoxlama testi verilib. Daha sonra müəyyən olunub ki, nəticələrdə uyğunsuzluq var", - deyə qurum rəsmisi bildirib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Nazirlikdən valideynlərin imtahanla bağlı etirazına CAVAB
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 12 Avqust 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















