Icma.az
close
up
RU
Nazirliklər və İcra hakimiyyətləri bu vəzifələrə məmur axtarır

Nazirliklər və İcra hakimiyyətləri bu vəzifələrə məmur axtarır

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi aşağıda göstərilən dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edib. AzPost xəbər verir ki, sənəd qəbulu 27 yanvar 2025-ci il tarixinədək davam edəcək.

1. Hesablama Palatası (7 vəzifə üzrə 7 yer)

2. İqtisadiyyat Nazirliyi (10 vəzifə üzrə 10 yer)

3. Maliyyə Nazirliyi (3 vəzifə üzrə 3 yer)

4. Kənd Təsərrüfatı Nazirliyi (1 vəzifə üzrə 1 yer)

5. Elm və Təhsil Nazirliyi (3 vəzifə üzrə 3 yer)

6. Mədəniyyət Nazirliyi (1 vəzifə üzrə 1 yer)

7. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (3 vəzifə üzrə 3 yer)

8. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (4 vəzifə üzrə 4 yer)

9. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (1 vəzifə üzrə 1 yer)

10. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (2 vəzifə üzrə 2 yer)

11. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

12. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (3 vəzifə üzrə 3 yer)

13. Şəki Apellyasiya Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

14. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

16. Kəlbəcər Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

17. Bakı Şəhər İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)

18. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)

19. Ağdam Rayon İcra Hakimiyyəti (6 vəzifə üzrə 6 yer)

20. Ağdaş Rayon İcra Hakimiyyəti (8 vəzifə üzrə 8 yer)

21. Ağstafa Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)

22. Beyləqan Rayon İcra Hakimiyyəti (8 vəzifə üzrə 8 yer)

23. Kürdəmir Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)

24. Qazax Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)

25. Qusar Rayon İcra Hakimiyyəti (2 vəzifə üzrə 2 yer)

26. Salyan Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)

27. Samux Rayon İcra Hakimiyyəti (5 vəzifə üzrə 5 yer)

28. Şəmkir Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)

29. Xaçmaz Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)

30. Yardımlı Rayon İcra Hakimiyyəti (2 vəzifə üzrə 2 yer)

31. Zaqatala Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)

32. Zərdab Rayon İcra Hakimiyyəti (2 vəzifə üzrə 2 yer)

33. Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)

34. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti (2 vəzifə üzrə 2 yer)

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları; Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər; 1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci – üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (şöbə müdirləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) iddia edən şəxslər;

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

ali təhsil haqqında sənədin surəti; əmək kitabçasının surəti;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 13 yanvar 2025-ci il tarixindən 27 yanvar 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Əlaqə məlumatları:

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Yanvar 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri