Icma.az
close
up
RU
Nazirliyin keçmiş əməkdaşı ilə birgə ittiham edilən qadının cəzası azaldıldı

Nazirliyin keçmiş əməkdaşı ilə birgə ittiham edilən qadının cəzası azaldıldı

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ali Məhkəmədə Rüşvət almaqda və digər əməllərdə təqsirləndirilən ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt Məşğulluq Mərkəzinin baş məsləhətçi vəzifəsində işləmiş Rövşən Xəlilov və tanışı Gülgün Nəsirovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, R.Xəlilovun müdafiəçiləri tərəfindən kassasiya şikayətinə verilmiş əlavə təmin edilməyib, G.Nəsirovanın müdafiəçisinin isə kassasiya şikayəti qismən təmin olunub və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qadına münasibətdə cəza hissəsində dəyişdirilib. Belə ki, G.Nəsirovanın üzərində qəti olaraq 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Xəlilova 2 il məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay həbs cəzası verilib. Onun tanışı, 1989-cu il təvəllüdlü G.Nəsirovaya isə 1 il 6 ay məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 3 ay həbs cəzası verilib. Hər iki şəxs məhkəmə zalındaca həbs edilib.


Qeyd: Daha əvvəl Baş Prokurorluq R.Xəlilov və G.Nəsirova barəsində məlumat yaymışdı. Bildirilmişdi ki, onlar qabaqcadan əlbir olaraq aldatma yolu ilə müxtəlif şəxslərə məxsus ümumilikdə 4 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, işlədiyi quruma məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 6 200 manat məbləğində özgə əmlakını təkrarən israf etməklə talayıb. Həmçinin faktiki olaraq işləməyən, lakin formal əmək müqavilələri bağlanmış şəxslərə ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün 11 200 manat məbləğdə pulu rüşvət qismində almasına, ayrı-ayrı şəxsləri rüşvət verməyə təhrik etməsinə, eləcə də qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törədiblər. Toplanmış sübutlar əsasında Rövşən Xəlilov və Gülgün Nəsirova Cinayət Məcəlləsinin 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2 (təkrar rüşvət alma), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Kamal Məmmədov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Aprel 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see136

Almaxanım ana oldu

04 İyul 2025 15:22see136

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see131

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see125

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see125

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see124

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see123

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see122

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see122

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see121

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see120

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see118

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see116

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see115

Hər siqaret ömrü 20 dəqiqə qısaldır Həkim AÇIQLADI

04 İyul 2025 04:49see114

İzmirdə meşə yanğınları davam edir İnsanlar təxliyə edilir + VİDEO

04 İyul 2025 11:06see113

Benzin mühərrikdən imtina edən şirkətin satışları 98 faiz azaldı

04 İyul 2025 17:49see113

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see113

Sabahın hava durumu: Külək güclənəcək, yağış yağacaq

04 İyul 2025 14:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri