Icma.az
close
up
RU
Nazirliyin kvadratı 435 manata satdığı mənzillər yoxa çıxıb AÇIQLAMA

Nazirliyin kvadratı 435 manata satdığı mənzillər yoxa çıxıb AÇIQLAMA

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, 20 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında 1080 mənzil satışa çıxarılmışdı. Yerləşmə ərazisindən asılı olaraq mənzillərin 1 kvadratmetr üçün qiyməti 435-850 AZN aralığında dəyişir.

Milli.Az-a müraciət edənən vətəndaşlar bildirirlər ki, nisbətən aşağı qiymətə satışa çıxarılan mənzillər birdən-birə "yoxa çıxıb".

Belə ki, hazırda saytda aktiv şəkildə yalnız Abşeron rayonunda 50 mənzilin qaldığı və digər mənzillərin bron olunduğu qeyd olunur. 

1030 mənzil satıldı?

Qaydalara görə, mənzillərdən almaq istəyən şəxslərə qeyd edilən portala (ms.sosial.gov.az) daxil olaraq mənzillərlə tanış ola,   almaq istədiyi mənzili seçərək, onu portaldakı "Bron et" düyməsini sıxmaqla bron edə bilər. 

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. 

Vətəndaşlar bildirir ki, ilk vaxtdan həmin mənzilləri bron etmək olmurdu. 

"Bakının Ramana qəsəbəsində əvvəldən mənzillər satışa çıxarılmamışdı, orda hər zaman mənzillər bron olunmuş idi"

Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən mənzil satışı proqramı çərçivəsində Bakının Ramana və Ümid qəsəbələrində, eləcə də Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış binalarında ümumilikdə 1080 mənzil satışa çıxarılıb. 

"Hazırda qeyd olunan ərazilərdə mənzil satışı davam edir. Vətəndaşlar ms.sosial.gov.az portalına daxil olaraq mövcud mənzillərə baxa və bron edə bilərlər. Portaldakı "Bu mənzil artıq satılmışdır" statusu mənzilin artıq satıldığını bildirir və belə mənzillərin bron edilməsi mümkün deyil. 

Qeyd edək ki, bir mənzil eyni vaxtda üç vətəndaş tərəfindən bron edilə bilər, bu halda həmin mənzil üzrə bron prosesi müvəqqəti dayandırılır və portalda "Yeni bron edilmişdir" qeyd edilir. Bu status yalnız mənzilin müvəqqəti olaraq bron olunduğunu göstərir, mənzilin satıldığı mənasını daşımır. 

Bron edən şəxslərlə növbəlilik prinsipi əsasında əlaqə saxlanılır. Əgər bron edən şəxslərdən biri mənzildən imtina edərsə, həmin mənzil yenidən satış üçün açılır. Buna görə də satış üçün açılan mənzilləri vaxtında bron edə bilmələri üçün vətəndaşlara portaldakı mənzil siyahısını mütəmadi izləmələri tövsiyə olunur".

Mehman Əsədov
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri