Nazirliyin qabağındakı lyuk qəza təhlükəsi yaradır VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxt küçələrində nəqliyyat vasitəsi idarə etmək üçün sürücülərin təcrübəli olması mütləqdir. Hər an sürücünün qarşısına hansısa maneə, aşılmaz sədd və s. kimi problemlər çıxa bilər.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonu Xətai prospektindəki lyuk sürücülər üçün əsl təhlükə mənbəyinə çevrilib. Belə ki, prospektin Elm və Təhsil Nazirliyinin önündən keçən hissəsində, Heydər Əliyev prospekti istiqamətində dəmir barmaqlıqlı qapağı olan kanalizasiya lyuku asfaltın səthindən çox aşağıdır. Sürücü Nazirlik tərəfdən lyuka tərəf yaxınlaşdıqda elə bilir ki, düz asfaltdır və avtomobil üçün hansısa problem yaratmayacaq. Lakin maşın lyukun üstündən keçdiyi an təkərlərdə, asqı sistemində yaranan səs bunun əksini deməyə əsas verir.
Əraziyə bələd olan sürücülər isə həmin hissəyə çatanda sükanı qaçırmalı olur. Bu da sol zolaqla hərəkət edən nəqliyyat vasitələri üçün bir başqa təhlükə yaradır.
Sürücülər aidiyyəti qurumlardan problemi tezliklə həll etməyi, insan həyatına səbəb ola biləcək lyukun aslfaltın səthi ilə bərabərləşdirməyi tələb edir.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 20 Noyabr 2025 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















