Nazirliyin satışa çıxardığı avtomobil 2,5 dəfə baha qiymətə satıldı
Icma.az, Avtosfer saytına istinadən bildirir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 2-də keçirilən hərracda ümumilikdə 40 nəqliyyat vasitəsi yeni sahibini tapıb.
Avtosfer.az xəbər verir ki, hərracda Maliyyə Nazirliyinin 39, Müdafiə Nazirliyinin isə bir avtomobili satılıb.
Start qiyməti 6 500 manat, buraxılış ili 1998-ci il olan "Mercedes-Benz S320" avtomobilinin son qiyməti 15 min 800 manat olub.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 9, 16, 18 və 23 dekabr tarixlərində keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 02 Dekabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















