Nazirliyin tenderini yenə həmin şirkət uddu Bu dəfə 9,3 milyon manat alacaq
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN - 1400019741) olub.
Yeniavaz.com xəbər verir ki, “TAİS-İKF” MMC nazirliyin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatını həyata keçirəcək.
Nazirlik yeməklər üçün “TAİS-İKF” MMC-yə 9 milyon 314 min 440 manat 94 qəpik ödəyəcək.
Qeyd edək ki, uzun illərdir Elm və Təhsil Nazirliyinin keçirdiyi analoji tenderlərin qalibi “TAİS-İKF” MMC olur.
Məlumat üçün bildirək ki, “TAİS-İKF” MMC 30 iyun 1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.
Onu da qeyd edək ki, tenderin qalibi olan “TAİS-İKF” MMC-nin adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.
2023-cü ilin aprel ayında Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə barədə məlumat yayılıb. Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə ilə bağlı 12 aprel tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıqlama verilib. Açıqlamada qeyd olunub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub.
“TAİS İKF” MMC ilə bağlı daha bir qalmaqallı hadisə 2022-ci ildə baş verib. Sevil Xanbabayeva adlı şəxs sosial şəbəkələrdə videomüraciət yayaraq bildirib ki, o “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında xadimə kimi çalışır. Sevil Xanbabayeva iddia edib ki, metropolitenin işçiləri Rafail adlı şəxsin bağında qanunsuz işlədilir. Daha sonra məlum olub ki, “Bakı Metropoliten” QSC-nin təmizlik işləri ilə bağlı keçirdiyi tender müsabiqəsinin də qalibi “TAİS İKF” MMC olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Qoşqar Təhməzlinin təsisçisi olduğu şirkət nazirliyin tenderini uddu
13 Fevral 2025 17:46
Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu
18 İyun 2025 15:15
Universitetin 1 milyon manatlıq tenderini bu şirkət uddu
20 Sentyabr 2025 14:18
Pro Construction Company yenə nazirliyin tenderini qazandı Bu dəfə 9,6 milyon...
21 Oktyabr 2025 16:28
Baxış sayı:388
Bu xəbər 23 Aprel 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















