Icma.az
close
up
RU
Nazirliyin, yoxsa AFFAnın namizədi millinin baş məşqçisi olacaq? EKSKLÜZİV

Nazirliyin, yoxsa AFFAnın namizədi millinin baş məşqçisi olacaq? EKSKLÜZİV

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər mətbuatda millinin baş məşqçisi Fernandu Santuşun postundan gedəcəyi ilə bağlı xəbərlər dolaşır. Sport24.az-ın əldə etdiyi məlumata görə, portuqaliyalı mütəxəssisin Azərbaycandan ayrılacağı gündəmdədi. Artıq onun boş qoyacağı kresloya namizədlər də var.

Onlardan biri bizlərə yeni simadısa, digəri artıq bir dəfə ölkənin əsas komandasının "sükanı arxasında" olub.

Öncə yeni namizədin kim olduğuna aydınlıq gətirək. Uzun müddət Abdulla Avcının köməkçisi olan Önder Karaveli bir neçə vaxtdı Bakının qonağıdı. O, paytaxtda olduğu müddətdə bir neçə çempionat oyununu canlı izləyib. Bəs onu buna məcbur edən nədi? Mənbəmizin sözlərinə əsasən, Öndər bəyi Azərbaycana Avcı ezam edib. Abdulla bəyə millini çalışdırmaq təklif olunub. O da təklifə "hə" deməmişdən öncə, Azərbaycan futbolu barədə ətraflı məlumat toplamaq üçün köməkçisini Bakıya göndərib.

İkinci namizəd isə Robert Prosineçkidi. 2014-cü ildən 2017-yə qədər millinin baş məşqçisi olan xorvat mütəxəssis hazırda Monteneqro millisinin "sükanı arxasında" olsa da, iş yerini dəyişməyə hazırdı. Yeri gəlmişkən, milli onun rəhbərliyi altında 23 oyun keçirib.

Və sonda əsas məsələni vurğulamaq lazımdı. Abdulla Avcı gənclər və idman nazirliyinin, Robert Prosineçki isə AFFA namizədidi. Bu yerdə ortaya sual çıxır. Bu günə qədər millinin baş məşqçisini AFFA rəhbərliyi seçibsə, nazirlik bu söhbətə niyə baş qoşur? 

Fernandu Santuşun Azərbaycanda işləməsi birbaşa AFFA-nın prezidenti Rövşən Nəcəfin istəyi ilə reallaşıb. Redaksiyamıza ötürülən məlumata görə, həmin vaxt hətta İcraiyyə Komitəsində Rövşən bəylə eyni komandada yer alab bəzi şəxslər portulayalının təyinatının əleyhinə olublar. Ancaq AFFA prezidenti inadından dönməyib və Santuşu millinin baş məşqçisi postuna təyin edib. Ancaq oktyabrın 10-da 70 yaşını qeyd edən mütəxəssisin ümidləri doğrultmadığı hamıya məlumdu. Bu səbəbdən bu dəfə yuxarı dairələrdə yığmaya yeni baş məşqçi seçimi Fərid Qayıbovun rrəhbərlik etdiyi nazirliyə tapşırılıb. 

İndi çox maraqlıdı, nazirlik və AFFA qarşıdurmasından kim qalib ayrılacaq?   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sport24.az
archiveBu xəbər 06 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri