Icma.az
close
up
RU
NB.1.8.1 : Koronavirusun yeni ştammı barədə nələr məlumdur?

NB.1.8.1 : Koronavirusun yeni ştammı barədə nələr məlumdur?

Icma.az, Azvision saytına istinadən bildirir.

Koronavirus pandemiyasının ziyanı dəyməyən sahə qalmadı. İndi də virusun yeni ştammı – NB.1.8.1 ortaya çıxıb, hazırda Misir, Tayland və Maldiv adalarında yayılmaqdadır. Bu yazıda yeni ştamın yayılma miqyası, simptomları və indiki mərhələdə vəziyyətin nə yerdə olduğu barədə məlumat verilir.
Dünəndən bu günə baş verənlər
2020-ci ildə ölkələrarası səyahət bir anda mümkünsüz hala gəldi, milyonlarla insan evlərində oturub, onları bu bəladan xilas edəcək vaksini gözləməyə məcbur oldu. O çətin günlər arxada qalsa da, COVID-19 tamamilə yox olmayıb. Hazırda virusun daha bir yeni ştammı sürətlə yayılmaqdadır. Xüsusilə də turistlərin axın etdiyi üç ölkədə. Bir sıra ölkələrin dövlət qurumları həmin istiqamətlərə üz tutan səyahətçilərə yenidən maska taxmağı və peyvənd olunmağı tövsiyə edirlər.
NB.1.8.1 nədir?
NB.1.8.1 – əvvəllər “omikron”dan yaranmış XDV.1.5.1 ştammının mutasiyaya uğramış qolu sayılır. Bu yeni genovariant ilk dəfə 2025-ci ilin yanvarında aşkar edilib. Hazırda isə dünya üzrə bu ştammın yayılması barədə xəbərlərin sayı sürətlə artır. NB.1.8.1 digər variantlarla müqayisədə immun sistemindən yayınmaq qabiliyyəti baxımından əlavə əlamətlər göstərir.
Dünyada son illər ərzində koronavirusun müxtəlif mutasiyaları qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, COVID-19 hələ də təkamülünü davam etdirir və bu ilin ilk 4 ayı ərzində virusun variantları arasında da dəyişikliklər müşahidə olunub. Yanvarda ÜST-ün qlobal səviyyədə izlədiyi əsas ştamm XEC idi, ondan sonra KP.3.1.1 gəlirdi. Fevralda XEC-ə yoluxma halları azaldı, LP.8.1 isə daha sürətlə yayılmağa başladı və martın ortasında ən çox rast gəlinən ştamma çevrildi. Yazın ortalarından etibarən LP.8.1-in aktivliyi zəiflədi, NB.1.8.1 ilə yoluxma halları daha da artdı.
ÜST NB.1.8.1 ştammını sürətli yayılma səbəbindən “nəzarətdə olan variantlar” kateqoriyasına daxil edib. Bu, hazırda təşkilatın izlədiyi altı variantdan biridir. Bununla belə, ÜST hələlik bu variantın “aşağı riskli” olduğunu qeyd edir. Bəzi ölkələrdə həm yoluxma, həm də hospitalizasiya hallarının artmasına baxmayaraq, beynəlxalq səhiyyə ekspertləri NB.1.8.1-in digər variantlarla müqayisədə daha ağır xəstəlik törətdiyini sübut edən məlumatların olmadığını bildirirlər. ÜST əlavə edir ki, araşdırmaların mövcud nəticələri NB.1.8.1-in ictimai sağlamlıq üçün “omikron”un digər ştammları ilə müqayisədə o qədər də təhlükəli deyil.
NB.1.8.1 haralarda aşkarlanıb?
NB.1.8.1 artıq 20-dən çox ölkədə qeydə alınıb. Bunlar arasında Çin, ABŞ, Böyük Britaniya və Avstraliya da var. Hazırda Misir, Tayland və Maldiv adalarında yoluxma hallarının artdığı müşahidə olunur. Bu variant ölümcül olmasa da, yüksək yoluxuculuğa malikdir və asanlıqla insandan insana keçir. Tayland hakimiyyəti yüz minlərlə insanın yoluxduğu və onlarla insanın ölümü fonunda rəsmi xəbərdarlıq yayıb. Buna baxmayaraq, bu ştammın genişmiqyaslı məhdudiyyətlərə (lokdaunlara) səbəb olacağı ehtimalı azdır.
NB.1.8.1-in simptomları nələrdir?
• Yüksək hərarət
• Yüngül öskürək
• Burun tutulması və ya axıntısı
• Güclü yorğunluq və halsızlıq
• Bədən ağrıları
• Baş ağrısı
• Boğaz ağrısı
Bəzi hallarda bu ştamm həzm sisteminə təsir edən simptomlar – qəbizlik, ishal, ürəkbulanma və ya qusma da yarada bilər. Əksər yoluxmuş şəxslər üçün bu variant ciddi təhlükə yaratmasa da, az faizdə fəsad riski mövcuddur.
Azərbaycanda vəziyyət necədir?
İyunun əvvəlinə olan vəziyyətə əsasən, Azərbaycanda karonavirus ilə bağlı vəziyyət sabit, lakin monitorinq tələb edən səviyyədədir.
Təsdiqlənmiş yoluxma hallarına gəlincə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, hazırda ölkədə yeni koronavirus infeksiyasına yoluxmaya tək-tək hallarda rast gəlinir. “Xəstəlik əksər hallarda yüngül və fəsadsız keçir. Hospitalizasiya olunan şəxslərin sayının azlığı da ümumi vəziyyətin qənaətbəxş olduğunu göstərir", - infeksionist deyib.
Qeyd edək ki, ölkədəki test sistemləri yeni ştammları effektiv şəkildə aşkar edir və ümumi vəziyyət nəzarət altındadır.
Risk qrupları isə həmişəki kimi yaşlı insanlar və xroniki xəstəlikləri olanlardır. Məsələn, Honkonqda bir ay ərzində 65 yaşdan yuxarı şəxslər arasında 30 ölüm halı qeydə alınıb.
Profilaktik tədbirlər:
• Gigiyenaya riayət (əllərin yuyulması, otaqların tez-tez havalandırılması);
• İctimai yerlərdə maskadan istifadə;
• İmmuniteti dəstəkləmək üçün stressin azaldılması, keyfiyyətli yuxu və fiziki aktivlik.
Məhəmmədəli Həsənli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 İyun 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri