NBA: Lebron Ceymsin 28 xalı liderlə oyunda komandasını məğlubiyyətdən xilas etməyib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, müntəzəm mövsümdə daha 10 qarşılaşma təşkil olunub.
Günün mərkəzi görüşündə “Oklahoma-Siti Tander” doğma meydanda “Los-Anceles Leykers”i 136:120 hesabı ilə üstələyib. Qalib komandanın bombardiri 42 xalla Şai Gilqoz-Aleksandr olub. Ceylen Uilyams 26, Luqents Dort 17, Çet Holmqren 14 xal toplayıb. Kaliforniya klubunun ən məhsuldar oyunçusu isə 28 xalla təcrübəli amerikalı basketbolçu Lebron Ceyms olub. Ostin Rivz 24, sloveniyalı müdafiəçi Luka Donçiç 23 xalla yadda qalıb.
Bu nəticədən sonra ev sahibləri Qərb Konfransının turnir cədvəlində liderliyini davam etdirib, qonaqlar isə üçüncü pillədə qərarlaşıb.
Matçların nəticələri
“Orlando Mecik” - “Atlanta Hoks” – 119:112
“Şarlot Hornets” - "Memfis Qrizzlis" – 100:124
“Nyu-York Niks” - "Boston Seltiks" – 117:119
“Miluoki Baks” - “Minnesota” – 110:103
“Finiks Sanz” - “Qolden Steyt Uorriorz” – 95:133
"Klivlend Kavalers" - "Çikaqo Bulls" – 135:113
"İndiana Peysers" - “Vaşinqton Vizard” – 104:98
“Bruklin Nets” - "Nyu Orlean Pelikans" – 119:114
“Oklahoma-Siti Tander” - “Los-Anceles Leykers” – 136:120
“Los-Anceles Klippers” - "San Antonio Spörs" – 122:117.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 09 Aprel 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















