Icma.az
close
up
RU
“NBC News”: Donald Tramp İrana hava hücumu variantını dar çərçivədə müzakirə edir

“NBC News”: Donald Tramp İrana hava hücumu variantını dar çərçivədə müzakirə edir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 iyun, AZƏRTAC

“NBC News” telekanalı Birləşmiş Ştatların iki müdafiə rəsmisinə və yüksəksəviyyəli administrasiya mənbəsinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə mümkün hava zərbələri endirməyi daha sıx dairədə, etibar etdiyi müşavirləri ilə müzakirə edir.

AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, Donald Tramp İranda hərbi əməliyyatlara razılıq verməsi ilə bağlı qəti qərara gəlmək üçün həm administrasiya daxilində, həm də onun xaricində daha geniş müttəfiqlər qrupundan məlumat almağa çalışır.

Tramp, həmçinin öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək üçün Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Stiv Uitkoffla məsləhətləşir. Eyni zamanda, hərbi əməliyyatlara qarşı olduğu bilinən milli kəşfiyyat rəhbəri Tulsi Qabbardın əsas müzakirələrdən kənarlaşdırıldığı və müdafiə naziri Pit Heqsetin də Trampın müntəzəm qərar qəbul etmə dairəsindən kənarda qaldığı bildirilir.

Bunu təkzib edən Pentaqon sözçüsü deyib: “Bu iddia tamamilə yalandır. Heqset Prezidentlə tez-tez danışır və bu həftə Situasiya otağındakı müşavirədə olub. O, Prezidentin “güc vasitəsilə sülh” yanaşmasını dəstəkləməyə davam edir”.

Müdafiə mənbələri və keçmiş administrasiya rəsmisi İran məsələsində Trampın yaxın dairəsində Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyni, ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Erik Kurilla və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffin olduğunu bildiriblər.

Proseslə tanış olan iki mənbə bildirib ki, İkinci Dünya müharibəsindən sonrakı sələflərindən fərqli olaraq, Tramp xarici və hərbi məsələlərdə yüksəkvəzifəli məmurların strukturlaşdırılmış siyasət brifinqlərinə etibar etmir. Belə ki, onun qərar vermə tərzi daha qeyri-rəsmidir, söhbətlər tez-tez administrasiya üzvlərinin, xarici liderlərin iştirakı ilə aparılır. Mənbələr əlavə edib ki, bu cür daha az rəsmi üslub başqalarının onun fərziyyələrinə etiraz etmək və ya narahatlıqlarını bildirmək imkanlarını məhdudlaşdıra bilər.

“NBC News” əlavə edib ki, Ağ evin mətbuat katibi Kerolayn Levittin İranla bağlı qərarın iki həftə müddətinə veriləcəyi ilə bağlı bəyanatı Donald Trampın İran-İsrail münaqişəsinin danışıqlar masası arxasında həll oluna biləcəyi variantını da istisna etmədiyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri