Icma.az
close
up
RU
NDU da akademik Zərifə Əliyevaya həsr olunan elmi praktik konfrans keçirilib

NDU da akademik Zərifə Əliyevaya həsr olunan elmi praktik konfrans keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 25 aprel, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) Magistratura və doktorantura mərkəzində “Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü” mövzusunda elmi-praktik konfrans keçirilib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransı açan rektor Elbrus İsayev Zərifə xanım Əliyevanın görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində Naxçıvanda dünyaya göz açdığını və atasının ömür yolunun onun üçün əsl həyat məktəbi olduğunu vurğulayıb. Bildirib ki, Zərifə xanım həm də Ümummilli Lider, keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olub və bu status böyük bir məsuliyyət idi. Bu birlikdən, kökdən, şəcərədən gələn dəyərləri öz övladlarına ötürən Zərifə xanım Prezident İlham Əliyev kimi övlad yetişdirib.

Rektor əlavə edib ki, Zərifə xanım millətini sevən ziyalı, gözəl ana kimi xüsusi iz qoyub və onun timsalında biz Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. Vurğulanıb ki, görkəmli oftalmoloq-alim Zərifə xanımın elmi irsinin əhəmiyyətini xatırlamaq, gənc nəsillərə bu böyük alimdən örnək götürməyi təşviq etmək vacibdir. Çünki Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir, NDU da ali təhsil müəssisəsi olaraq bu sahədə tədqiqatlar aparır. Eyni zamanda, universitetdə Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzi təsis edilib.

Sonra plenar çıxışlar olub. Universitetin Klinik fənlər və hərbi tibb kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev “Zərifə xanım Əliyevanın həyat yolu”, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova “Zərifə xanım Əliyevanın elmi fəaliyyəti”, NDU Xəstəxanasının həkim-oftalmoloqu Aynur Rzayeva “Azərbaycan oftalmologiya elmində Zərifə Əliyeva məktəbi”, Tibb ixtisasının III kurs tələbəsi, Zərifə Əliyeva adına adlı təaqüdçü Püstəxanım Quliyeva “Zərifə xanım Əliyeva xatirələrdə” mövzularında məruzələrlə çıxış ediblər. Natiqlər Zərifə Əliyevanın həyatı, elmi fəaliyyəti, xüsusilə oftalmologiya sahəsindəki böyük xidmətləri haqqında məlumatları bölüşüb, elmi irsinin Azərbaycan xalqı və təhsil sistemi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Akademik Zərifə xanım Əliyevaya həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra universitetdə yeni təsis olunmuş Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzinin elmi layihələrinin təqdimatı keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see418

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see261

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see200

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see183

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see178

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see176

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see165

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see145

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see143

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri