Icma.az
close
up
RU
Nə Ərdoğanın oğlu, nə də Bayraktar: Türkiyənin yeni lideri o olacaq

Nə Ərdoğanın oğlu, nə də Bayraktar: Türkiyənin yeni lideri o olacaq

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Britaniyanın “The Economist” jurnalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mümkün varisləri sırasında oğlu Bilal Ərdoğan, kürəkəni “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar, xarici işlər naziri Hakan Fidan və keçmiş daxili işlər naziri Süleyman Soylunun yer aldığını yazıb.

Nəşrə müsahibə verən ekspertlər Hakan Fidanın Türkiyə liderinin varisi olmaq şansının daha yüksək qiymətləndirildiyini bildiriblər. Burada Fidanın Xarici İşlər Nazirliyinə təyin olunmazdan əvvəl on ildən artıq müddətdə Türkiyənin Milli Kəşfiyyat Xidmətinə (MİT) rəhbərlik etməsi xüsusi vurğulanır. 44 yaşlı Bilal Ərdoğanın şansları isə daha aşağı dəyərləndirilir.

Rəcəb Tayyib Ərdoğanın 71 yaşı var. Türkiyə qanunvericiliyinə əsasən, o, 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürə bilməz. Türkiyə Prezidenti özü də dəfələrlə bildirib ki, bu, onun prezident kimi sonuncu müddətidir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, bu məsələ yeni deyil:

“Türkiyə qanunlarında bu istiqamətdə hər hansı dəyişikliyin olub-olmayacağı hələlik bəlli deyil. Çünki qarşıda hələ bir neçə il var. Nəzərə alsaq ki, Rəcəb Tayyib Ərdoğan mövcud Konstitusiyanı dəyişmək niyyətini də gizlətmir, bu məsələdə müəyyən yeniliklər gözləniləndir. Lakin belə bir dəyişiklik baş verməzsə, həqiqətən də onun mümkün varisləri sırasında oğlu Bilal Ərdoğan, kürəkəni Səlcuq Bayraktar, xarici işlər naziri Hakan Fidan və keçmiş daxili işlər naziri Süleyman Soylunun adları çəkilə bilər.


Qabil Hüseynli

Türkiyə siyasi təcrübəsində ata–oğul və ya kürəkənin siyasətdə, partiya rəhbərliyində və parlamentdə təmsil olunması halları mövcuddur. Bu baxımdan Bilal Ərdoğan və ya Səlcuq Bayraktar daha çox gündəmə gətirilir. Lakin mənə görə, Hakan Fidanın hakimiyyətə gəlməsi daha real görünür. O, həm kəşfiyyat, həm də xarici siyasət sahəsində ciddi təcrübəyə malikdir. İndiki mərhələdə Türkiyənin başına Rəcəb Tayyib Ərdoğandan sonra ən az onun qədər güclü və ölkənin mövqeyini qoruya biləcək bir lider lazımdır.”

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Yanvar 2026 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri