Icma.az
close
up
RU
Nə həftələr, nə də aylar lazımdır: Aviadaşıyıcının yanacaqdoldurma prosesi nə qədər çəkir?

Nə həftələr, nə də aylar lazımdır: Aviadaşıyıcının yanacaqdoldurma prosesi nə qədər çəkir?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Bir aviadaşıyıcının yanacaqla doldurulması - bu, sadəcə yanacaqdoldurma məntəqəsinə yaxınlaşmaqla başa gələn bir proses deyil. 

Qaynarinfo xəbər verir ki, ABŞ-ın nüvə mühərrikli aviadaşıyıcıları üçün bu əməliyyat gəminin 50 illik xidmət dövrü ərzində cəmi bir dəfə həyata keçirilir və bu, bir neçə saat deyil – 3 ildən 6 ilə qədər davam edə bilər. Prosedur rəsmi olaraq RCOH (Refueling and Complex Overhaul) – "yanacaqla doldurma və kompleks əsaslı təmir” adlanır.

Bu, sadəcə nüvə yanacağının dəyişdirilməsi deyil – gəminin tam modernləşdirilməsi prosesidir. Hərbi dəniz qüvvələri bu fürsətdən istifadə edərək döyüş sistemlərini, radiolokasiya və elektron qurğuları, hətta gəminin ən dərin qatlarındakı kabelləri belə yeniləyir.

Təxminən 6 min nəfərlik heyətə sahib "USS George Washington" gəmisində həyata keçirilmiş RCOH əməliyyatı bu prosesin mürəkkəbliyini açıq şəkildə nümayiş etdirir. Gəmi tam 6 il təmir bazasında olub – bu müddətdə reaktorlar söndürülüb, soyudulub və köhnə nüvə yanacağı yenisi ilə əvəzlənib.

Bu işlər ABŞ-da yalnız Virciniya ştatının "Newport News Shipbuilding" adlı yeganə gəmiqayırma zavodunda həyata keçirilir. Burada ixtisaslaşmış qruplar fasiləsiz növbələrlə çalışır, xüsusi kranlar və avadanlıqlar vasitəsilə reaktor sistemlərini söküb dəyişdirirlər.

Tipik bir aviadaşıyıcı – məsələn, "USS Nimitz" və ya "USS John C. Stennis" – yalnız bir dəfə RCOH prosesindən keçir. Bu da adətən 20–25 illik istismardan sonra baş verir və gəminin növbəti 20–25 il ərzində xidmətini davam etdirməsinə imkan yaradır.

ABŞ-ın 11 nüvə aviadaşıyıcısından hər zaman 7–8 gəmi aktiv xidmətdə olur, qalanları isə təmir və modernləşdirmədən keçir. Bu sistem ABŞ Hərbi Dəniz Qüvvələrinə qlobal mövcudluğunu qorumağa və ənənəvi yanacaqdan asılı olmadan fəaliyyət göstərməyə şərait yaradır – yalnız buxar enerjisi və sıfır tullantı ilə.

Donanmanın mühəndisləri bildirirlər: "Quru doka daxil olmaqla bir neçə il sərf etmək – gəminin daha 25 il xidmət göstərməsi üçün çox cüzi bir qiymətdir".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyul 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri