“Nə internet düzəlir, nə də zənglərə cavab verirlər” İstifadəçilər “Fibernet”dən şikayət edir
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Fibernet” provayderinin istifadəçiləri şirkətin göstərdiyi xidmətdən narazıdırlaar.
Yeniavaz.com-a müraciət edən bir qrup şəxs bildirir ki, ötən həftənin şənbə günündən (25 iyul) etibarən internetin verilməsində fasilələr yaranır.
İstifadəçilər bildirirlər ki, internetdə kəsilmələr xüsusilə Xırdalan şəhəri və ətraf ərazilərdə qeydə alınır.
Onların sözlərinə görə, məsələ ilə bağlı şirkətin qaynar xətti ilə, o cümlədən rəsmi saytda və sosial media hesablarında qeyd olunan əlaqə vasitələri ilə əlaqə saxlamaq mümkün deyil.
“Nə internet düzəlir, nə də zənglərə cavab verirlər”, - saytımıza müraciət edən Xırdalan sakini bildirib.
Qeyd edək ki, şirkətin sosial media hesablarında da istifadəçilər kütləvi halda bu vəziyyətə etirazlarını bildirirlər. Lakin şirkət orada da istifadəçilərə hər hansı cavab verməyib.



Məsələ ilə bağlı “Fibernet”lə əlaqə saxlamağa çalışsaq da, bizim də bütün cəhdlərimiz uğursuz alındı. Belə ki, şirkətin əlaqə üçün yerləşdirdiyi heç bir telefon nömrəsi ilə əlaqə yaratmaq mümkün olmadı.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Bəzi istifadəçilər ChatGPT dən ABŞ Federal Ticarət Komissiyasına şikayət ediblər
22 Oktyabr 2025 23:26
İstifadəçilər hansı əməliyyat sisteminə üstünlük verirlər?
05 Dekabr 2024 18:57
Niyə istifadəçilər “Windows 11”dən yayınırlar? Səbəblər
09 Fevral 2025 20:50
Baku Electronics dən şikayət: “Nasaz məhsulu nə dəyişdirirlər, nə də pulu qaytarırlar”
20 İyul 2026 21:15
Baxış sayı:170
Bu xəbər 29 İyul 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















