Icma.az
close
up
RU
“Nə Mehdiyev, nə onun radikal müxalifətdəki “balaları”... Parlamentdə MÜZAKİRƏ

“Nə Mehdiyev, nə onun radikal müxalifətdəki “balaları”... Parlamentdə MÜZAKİRƏ

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Deputat: “Mehdiyev bir zamanlar ictimai-siyasi kəsim üzərində söz sahibi olub, amma onun heç vaxt sosial dayağı olmayıb”

Bu gün Milli Milli Məclisin plenar iclası keçirilib. Gündəliyinə 17 məsələ daxil edilən iclasda əvvəlcə deputatlar cari məsələlər barədə danışıb, təkliflər səsləndiriblər. Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə ermənistanlı həmkarı Alen Simonyanla görüşündən danışaraq deyib ki, aparılan müzakirələrdə Vaşinqton sammitində əldə olunmuş razılaşmalar və münasibətlərin normallaşması üzrə görülən tədbirlər, o cümlədən konstruktiv dialoqun davam etdirilməsinin vacibliyi qeyd edilib.

“Azərbaycan regionda “post-münaqişə dövrü diplomatiyası” həyata keçirir”

Deputat Soltan Məmmədov çıxışında Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfəri barədə söz açıb, bu səfərin Azərbaycanın müasir, humanist və tolerant cəmiyyət obrazının möhkəmləndirilməsinə böyük töhfə verdiyini qeyd edib: “44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda “post-münaqişə dövrü diplomatiyası” həyata keçirir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xətt sülhü yalnız imzalanmış sazişlərlə deyil, mədəniyyətlərarası dialoq, dini dözümlülük və qarşılıqlı hörmət prinsipləri ilə möhkəmləndirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikana bir neçə gün öncə həyata keçirilmiş rəsmi səfəri də Azərbaycanın yalnız siyasi yox, həm də mədəni-dini platformalar üzərindən sülh diplomatiyası qurduğunu göstərir. Bu səfəri mühüm tarixi hadisə kimi qiymətləndirməyə əsas verən amillərdən biri mədəniyyətlərarası dialoq və multikulturalizm ideyalarının praktiki təbliği baxımından əhəmiyyətidir”.

“Mehriban xanımın Vatikana səfəri bir daha təsdiq etdi ki, Azərbaycan dünyada tolerantlıq və dinlərarası əməkdaşlıq mərkəzi kimi öz imicini möhkəmləndirir”

“Səfər çərçivəsində görüşlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilmiş bərpa işlərinin yüksək qiymətləndirildiyi xüsusi olaraq vurğulandı. Roma Papası XIV Leo Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini xüsusi olaraq vurğuladı. Bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd etdi. Eyni zamanda, Bakı şəhərində ikinci Katolik Kilsəsinin tikintisi ilə bağlı qərara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü ifadə etdi. Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində böyük əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq yekunlaşdırılıb. Səfər bir daha təsdiq etdi ki, Azərbaycan dünyada tolerantlıq və dinlərarası əməkdaşlıq mərkəzi kimi öz imicini möhkəmləndirir. Mehriban xanım Əliyevanın Vatikana rəsmi səfəri Azərbaycanın müasir, humanist və tolerant cəmiyyət obrazının möhkəmləndirilməsinə böyük töhfədir. Eyni zamanda, Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüslərinin müəllifi olan bir ölkə kimi Cənubi Qafqazda sülh, əməkdaşlıq, qarşılıqlı etimad mühitinin bərpasında fəal rol oynadığını təsdiq edir”, - deyə millət vəkili əlavə edib.

“Sülh gündəliyi ancaq kağız üzərində deyil, həm də artıq praktikaya keçib”

“Xarici siyasətin və daxili proseslərin məhz bu mərhələsində 30 illik işğaldan sonra ərazimizdən Ermənistanın tranzit yüklərinə tətbiq olunmuş bütün məhdudiyyətlərin aradan qaldırılması ilə Azərbaycan göstərdi ki, sülh gündəliyi ancaq kağız üzərində deyil, həm də artıq praktikaya keçib”. Bu sözləri isə deputat Azər Badamov səsləndirib.

Millət vəkili qeyd edib ki, bu prosesin qarşısını almağa çalışan qüvvələr xalqların rifahında deyil, onları siyasi alət kimi istifadə etməkdə, öz şəxsi ambisiyalarını reallaşdırmaqda maraqlıdır.

“Qazaxıstanda səfərdə olarkən dövlət başçımız bildirdi ki, Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər. Zəngəzur dəhlizi Orta Dəhlizin yeni bir marşrutu deməkdirsə, Azərbaycan da mərkəzi nöqtədir. Bu mərkəzdən yayılan reallıqlar da, məqsədlər də stratejidir və uzaq gələcəyə hesablanıb. Zəngəzur dəhlizin işə düşməsi həm də Türk Dövlətləri Təşkilatının gücünü artıracaq. Türk dünyasında uzun illər düşünülmüş şəkildə yaradılmış fiziki ayrılıq aradan qalxacaq”, - deputat vurğulayıb.

Millət vəkili əlavə edib ki, atılan addımlar regionumuzda sülh və əməkdaşlıq perspektivlərinə real töhfə verməsinə hesablanıb.

“Azərbaycan xalqının gözündə cənab İlham Əliyevə alternativ olmayıb, olması da mümkün deyil"

Deputat Bəhruz Məhərrəmov isə qeyd edib ki, “cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan artıq hesablaşılan qlobal gücə çevrilib”. Onun sözlərinə görə, Kopenhagen, Qəbələ, Düşənbə zirvələri və Yaxın Şərq sülh sammiti fonunda yalnız son 3 həftənin siyasi trafiki bunu deməyə əsas verir: “Artıq Vaşinqtion da, Tehran da, Paris, Moskva da Bakının hərbi-siyasi zəfərləri ilə yaratdığı yeni reallıqları qəbul edir və bu ölkələrlə münasibətlərimiz arzuolunan məcraya qədəb qoyub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xristianlığın ürəyi olan Vatikana rəsmi səfəri  həm də sivilizasiyalar arası dialoqda Azərbaycanın hərəkətverici rol üstləndiyini göstərir. Bütün bunların fonunda ölkədə ictimai rəyin bəzən milli məqsədləri aşması suallar doğurur. Məsələn, son günlər diqqətin Ramiz Mehdiyevin barəsində cinayət təqibinə fokuslanması başa düşülən olsa da, bu situasiyanın dövlətçilik əleyhinə qaralama cəhdlərinə çevrilməsi qəbuledilməzdir. Burada söhbət Mehdiyevə bir zamanlar xoş söz demiş hansısa fərdin müdafiəsindən getmir, söhbət dövlətin imicindən gedir. Bu gün Azərbaycanın bütövlüyünü istəyən, sabitliyi, dayanıqlı inkişafı arzulayan, qalib kimi yaşamaq istəyən sağlam düşüncəli hər bir vətəndaş üçün yalnız bir qütb var – cənab İlham Əliyev. Nə Mehdiyev, nə onun radikal müxalifətdəki “balaları”, yaxud “mitinq kuklaları” Azərbaycan xalqının gözündə cənab İlham Əliyevə alternativ olmayıb, olması da mümkün deyil".

“Heç bir sosial bazisi olmayan Mehdiyev kimi cılız adam barədə nə vaxtsa tərif demək qorxulu deyil”

“Ramiz Mehdiyev barəsində cinayət təqibi üzrə təkzibedilməz sübutların olduğunu demək üçün ciddi əsaslar mövcuddur və onun əməllərində hansı xəyanətlər yatır, bunu hüquq mühafizə orqanları müəyyən edəcək. Amma dəyişməyən bir reallıqlar var ki, neobolşevik təfəkkürü ilə, ayrı-ayrı şəxsləri bir vaxtlar hakimiyyət iyerarxiyasında yüksək mövqe tutmuş şəxs barəsində deyilən sözlərə, protokol xarakterli yazılara görə linç etdirmək heç də Mehdiyevin ehtimal olunan xəyanətləri ilə mübarizə deyil. Əksinə, bu, xəyanət qədər təhlükəlidir və ölkədə dövlətin nüfuzunu zədələməyə, idarəçilik sistemini gözdən salmağa hesablanan, qəsdən Mehdiyevin böyük sosial dayaqlara malik olduğu effektini formalaşdırmaq üçün süni formada təşkil edilən kampaniyadır. Heç bir sosial bazisi olmayan Mehdiyev kimi cılız adam barədə nə vaxtsa tərif demək qorxulu deyil. Qorxulu olan bir vaxtlar Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyev barədə hədyanlar söyləyib bu gün isə maskalanaraq məqam gözləyənləri görməzdən gəlməkdir”, - Məhərrəmov vurğulayıb.

“Bəli, Mehdiyev bir zamanlar ictimai-siyasi kəsim üzərində söz sahibi olub, amma onun heç vaxt sosial dayağı olmayıb. Sadəcə antimilli ünsürlərin köməyi ilə zaman-zaman özünün əvəzedilməz obrazını formalaşdırmağa çalışıb. Xatırlayırsızsa onun administrasiya rəhbəri olduğu dövrdə 3-5 aydan bir radikallar tökülürdü küçələrə, aidiyyatı strukturlar səfərbər edilirdi və Mehdiyev də olurdu önəmli adam. Ona görə də diqqət daha çox məhz həmin o radikal ünsürlərin, antimilli Şura funksionerlərinin Mehdiyevlə gizli əlaqələrinə yönəlməlidir və hər kəs də əmin olsun ki, istinaq çox mətləbləri üzə çıxaracaq”, - millət vəkili qeyd edib.

Çıxışlardan sonra deputatlar iclasın gündəliyində olan məsələlərin müzakirəsinə başlayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri