Icma.az
close
up
RU
Nə Messi finala yüksələ bildi, nə də Ronaldo!

Nə Messi finala yüksələ bildi, nə də Ronaldo!

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Tək Avropada yox, digər zonalarda da Çempionlar Liqasında yarımfinal matçları keçirilir. ''Football-plus.az'' xəbər verir ki, Kriştiano Ronaldo və Lionel Messi yarımfinallarda uğursuzluğa düçar oldular. Əvvəlcə Asiya zonasında son finalçı bəlli oldu. Kriştiano Ronaldo, Sadio Mane, Con Duran, Marselo Brozoviç kimi ulduzların şərəfini qoruduğu Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Nəssr'' Yaponiya təmsilçisi ''Kavasaki Frontale''ni qəbul etdi. Heyətinin dəyəri 175 milyon avro olan ''Əl-Nəssr'' 15 milyon avroluq rəqib qarşısında aşkar favorit sayılırdı. Üstəlik bu mövsüm bu turnirdə 1/4 finaldan etibarən bütün oyunlar Səudiyyə Ərəbistanında keçirilirdi. Yəni ''səkkizlər finalı'' formatında keçirilən pley-offlarda qalib bir oyunla müəyyənləşirdi. ''Əl-Nəssr'' bundan əvvəlki mərhələdə ''Yokohama Marinos''u darmadağın etmişdisə, bu dəfə Yaponiyanın digər təmsilçisi ilə bacara bilmədi. ''Kavasaki Frontale'' Yaponiya çempionatında yalnız 8-ci pillədə qərarlaşmasına baxmayaraq güclü rəqibini 3:2 məğlub edərək tarixində ilk dəfə bu turnirin finalına yüksəldi! Ronaldo bu görüşdə aktivinə nə qol yaza bildi, nə də məhsuldar ötürmə. ''Kavasaki Frontale'' həlledici oyunda Səudiyyə Ərəbistanının digər təmsilçisi ''Əl-Əhli'' ilə qarşılaşacaq. Bu oyundan bir neçə saat sonra okeanın o tayında isə Lionel Messi meydana çıxdı. KONKAKAF Çempionlar Liqasında ''İnter Mayami'' yarımfinalın cavab oyununda ABŞ-ın digər təmsilçisi ''Vankuver''i qəbul etdi. Bu turnirdə format fərqlidi və oyunlar ev-səfər prinsipi ilə keçirilir. Ötən həftə baş tutan ilk oyunda Mayami təmsilçisi səfərdə 2 cavabsız qolla məğlub olmuşdu. Fanatlar cavab matçında Messinin, eləcə də digər sabiq ''Barselona''lı ulduzlar Alba, Buskets, Suaresin sehrinə ümid edirdilər. Onların hamısı 90 dəqiqə meydanda oldular. Amma bu ümidlər doğulmadı və ''İnter Mayami'' geri dönüş edə bilmədi. Düzdü, meydan sahibləri Albanın erkən qolu ilə hesabı açdılar və fasiləyə minimal üstünlüklə yollandılar. Amma ''Vankuver'' İkinci hissədə 20 dəqiqə aralığında 3 qol vuraraq inamlı şəkildə finala yüksəldi. Maraqlıdı ki, Ronaldo kimi Messi də belə vacib oyunda aktivinə nə qol yaza bildi, nə də məhsuldar ötürmə. Beləliklə, bu superulduzlar karyeralarının qürub çağında önəmli bir titul qazanmaq şansını əldən verdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 May 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see396

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see270

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see260

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see258

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see251

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see243

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see239

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see235

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see234

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see233

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see231

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see228

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see225

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see225

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see211

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see208

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see208

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see190

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see185

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri