Icma.az
close
up
RU
“Nə olar getmə, Emreli!” Almanların təəssüfü

“Nə olar getmə, Emreli!” Almanların təəssüfü

Icma.az bildirir, Apasport portalına istinadən.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yenidən özündən söz etdirməyi bacardı. Həmyerlimiz “Nürnberq”in heyətində çıxdığı son matçda het-trik müəllifi oldu. Həm də ilk hissədə.

Yığmamızın üzvü bu mövsüm komandanın heyətində çıxdığı 25 matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldı.

Onun bu çıxışı azarkeşlərin qəzəbinə səbəb oldu. Fanatlar Mahiri komandada görmək istədiklərini, rəhbərliyin onu buraxacaq qədər düşüncəsiz olduğunu bildirdilər. Onların fikirlərinə görə, Emreli yüksək liqada oynamaq potensialı olan faydalı forvarddır.

Apasport.az almaniyalı azarkeşlərin fikirlərinin bir qismini diqqətinizə çatdırır:

M.K.: “Necə də pis bir qərardır. Görünür, komandada qalmaq istəmirdi. Mənim üçün fövqəladə dərəcədə güclü bir futbolçudur və mentaliteti canavar kimidir. Bizim üçün çox böyük bir itkidir!”.

M. Ş.: “Bəlkə hələ də qalmaq barədə nələrsə düşünür. Əvəzetmə zamanı Miro (Miroslav Kloze) ilə səmimi şəkildə qucaqlaşdılar. Amma artıq barışmaq üçün çox gec idi… Digərlərinin istədiyimizi bacaracaqlarından şübhə duyuram. Bundan sonra hansısa hücumçumuzun ikirəqəmli qol sayına çatacağına sadəcə ümid edə bilərik”.

M. Z.: “Sizin istəyiniz qol vurmağı bacaran futbolçu tapmaq deyil? Bu gənc tam istədiyimiz oyunçudur. Daha nə istəyirsiz? Qol vuran bütün hücumçuları nə üçün satırsız? Bunun ziyanını görürük”.

U. U: “Emreli komandaya yeni qoşulanda zədəli idi. Bu səbəbdən də onunla nisbətən aşağı məvaciblə müqavilə imzalandı. İndi isə daha çox pul tələb edir. Çatzi (klubun idman direktoru) Mahirə daha yaxşı şərtlərlə yeni müqavilə təklif et. Elə indi!”.

H. Ş.: “Məncə, yaxşı mövsümü geridə qoyduq. Amma növbəti sezon çempionluğa oynamaq istəyiriksə, Antiste və Emreli komandada qalmalıdır. Onların bacarıqlarına bələd olduq. Məsələ sadəcə puldursa, başa düşə bilmirəm. Transferlərdən xeyli pul qazanmışıq, istədiklərini verin”.

D. K.: “… və qol vurmağın nə olduğunu çox yaxşı bilən futbolçulara vida edirik. Təəssüf ki…”.

S. B.: “Son oyun üçün çox yaxşı performans idi. Xahiş edirəm, Emrelini və mümkündürsə, Antisteni komandada saxlayın”.

U. K.: “Heyətində Emreli kimi futbolçu var, amma sən ondan qurtulmaq istəyirsən…”.

N. H.: “Emreli bu gün özünü göstərir. Klozenin bu adamın gedişinə imkan verməsi çox böyük bir xətadır”.

F. İ.: “Emrelini təkrar düşünün! Belə bir futbolçunu transferdən pul qazanmadan itirmək çox böyük səhvdir!”.

E. Z.: “Emreli əsla əldən buraxılmamalıdır. Zədəli olsa belə, komandada qalmalıdır. Daha öncə də yazmışdım, Mahir son oyunların ən yaxşılarındandır. Növbəti mövsüm uğur qazanmaq istəyirsizsə, belə futbolçulara ehtiyacımız var”.

A. H.: “Nə olar, getmə. Bir az gözlə, Emreli! Xahiş edirəm”.

L. Ş.: “Emreli komandada qalmalıdır! Xahiş edirəm, qərarınızı təkrar nəzərdən keçirin. Onu komandanın lideri edin və 20 milyonluq sərbəstqalma maddəsi ilə 4 illik müqavilə imzalayın”.

M. A.: “Emrelini pul qazanmadan buraxmaq son illərin ən axmaqca hərəkətidir. Pis qoxulu çəkmələrinizlə irəli gedib, geri gəlin. Heyətdə peşəkar futbolçuya ehtiyacınız yoxdur…”.

H. H.: “Emrelini əlinizdən necə buraxa bilirsiz?”.

E. R.: “Mən əvvəldən Emreli azarkeşi idim. Ona daha yaxşı davranılmalıydı. Mahir milli futbolçudur. İndi Bundesliqaya gedir. Oturub izləyərsiz”.

A. Ş.: “Emreli ilə daha bir kofe içə bilərəm? O, dahi bir futbolçudur və növbəti mövsüm 15-20 qol vura bilər!”.

M. O.: “Belə futbolçuları heyətdə saxlamamaq… Bunun arxasında başqa səbəblər olmalıdır. Əks halda, ağlasığmaz bir addımdır”.

P. Ş.: “Nə olursa-olsun, Emreli bizimlə qalmalıdır!”.

K. K.: “Emrelini belə asanlıqla başqasına təslim etməzdim”.

E. B.: “Emrelinin müqaviləsini uzatmayacaq qədər axmaq olmayın. Tsimasın gedişindən sonra üst səviyyədə performans sərgiləyən Emrelini komandada saxlayın”.

S. N.: “Emrelini tənqid edənlər indi səssizcə izləyirlər”.

O. L.: “Sadəcə onu komandada saxlayın!”.

R. M.: “Emrelini niyə komandada saxlaya bilmirsiz?”.

M. S.: “Tsimas və Emrelinin yerini necə dolduracağıq? Yenidən sıfırdan başlayırıq”.

Q. S.: “Təəssüf ki, gedir”.

Qeyd edək ki, Mahirin karyerasını Bundesliqada davam etdirəcəyi gözlənilir.

"Neftçi"dən yeni rekord “Qarabağ” “Kəpəz”lə çempionatdakı oyunlarda 100-cü qolu vurub “Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu buraxıb Tahir Gözəl: “Gələcəyimiz cavanlardır” “Qalatasaray”ın 25-ci çempionluğu Bakıda da coşqu ilə qeyd edilib - FOTO+VİDEO
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://apasport.az
archiveBu xəbər 19 May 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri