“Nə olsun ki, şəhid qızısan?”, “kimə və hara istəyirsən, müraciət elə”
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Space" Televiziyasında baş verən hadisələrlə bağlı Bakupost.az-a daha bir məlumat daxil olub.
Milli.Az xəbər verir ki, telekanalın Xəbərlər Departamentinin müdir müavini, aparıcı Günel Şahmalıqızına qarşı da ədalətsizliyə yol verilib.
Məlumata görə, gözlənilmədən, heç bir xəbərdarlıq edilmədən o bir müddət əvvəl işdən azad edilib. Rəhbərlik bu addımı maliyyə böhranı ilə əlaqələndirib.
Onu da qeyd edək ki, G.Şahmalıqızı "Space" kanalının vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin göstərişilə işdən çıxarılıb.
Məlumata görə, Günel Şahmalıqızı işdən çıxarılması ilə bağlı icraçı direktorla görüşərək, şəhid qızı olduğunu bildirib. Eyni zamanda, himayəsində əlil anasının olduğunu deyərək müəyyən möhlət istəyib. Qarşı tərəf isə kobud şəkildə "nə olsun ki, şəhid qızısan?", "kimə və hara istəyirsən, müraciət elə" ifadəsini işlədib.
Məsələ ilə bağlı Günel Şahmalıqızı ilə əlaqə saxladıq. O, yuxarıda qeyd olunanları təsdiqlədi. Amma əlavə şərh vermədi.
Xatırladaq ki, 21 illik jurnalistlik təcrübəsinə malik Günel Şahmalıqızı "Space" televiziyasında xəbərlər proqramının aparıcısı, redaktoru, habelə Prezident müxbiri olub. Atası Şahmalı Aliyev birinci Qarabağ müharibəsi şəhididir. 1992-ci ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Qeyd edək ki, aparılan yoxlamalar nəticəsində iki gün əvvəl "Space" Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 16 Aprel 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















