Nə Qalatasaray , nə də Fənərbağça Rafael Leau bu kluba keçir
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərənin "Aston Villa" klubu heyətini gücləndirmək üçün "Milan"ın hücumçusu Rafael Leau ilə maraqlanır.
Milli.Az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, tərəflər arasında mümkün transferin maliyyə detalları ilə bağlı müzakirələrə start verilib.
Məlumata görə, 27 yaşlı portuqaliyalı futbolçunun özü də karyerasını başqa klubda davam etdirmək variantına müsbət yanaşır.
Rafael Leau 2019-cu ildən "Milan"ın formasını geyinir. Hücumçu İtaliya klubunun heyətində bütün turnirlər nəzərə alınmaqla 293 oyuna çıxıb, 80 qol və 55 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Rafael Leaunun "Milan"la hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 25 Avqust 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















