Icma.az
close
up
RU
Nə qədər çox qadağa qoyulursa, bir o qədər də maraq, həvəs və təmtəraq artır

Nə qədər çox qadağa qoyulursa, bir o qədər də maraq, həvəs və təmtəraq artır

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 14-ü məktəblərdə "Son zəng" çalındı. Maraqlıdır ki, tədbirin təmtəraqlı keçirilməməsi üçün nazirlik tərəfindən məktəblərə göstəriş verilməsinə baxmayaraq, yenə də bəzi məktəblərdə təmtərağın, yad musiqilərin, yad rəqslərin, şagirdə uyğun olmayan geyimlərin şahidi olduq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, "Son zəng"lə bağlı həm Elm və Təhsil Nazirliyi, MÜTDA, Bakı Şəhər Təhsil İdarəsi və regional idarələrə xüsusi məktublar göndərilmişdi ki, tədbirlər müəyyən şablon daxilində, protokol çərçivəsində keçirilməlidir:

"Sözsüz ki, bu, ancaq məktəblərin öz həyətində keçirilən tədbirlərə aiddir, yəni qanunlar yalnız orada keçərlidir. Amma o ki qaldı valideynlərə, abituriyentlərə, onlara heç kim qadağa qoya bilməz ki, hansı səviyyədə qeyd etsinlər. Çünki məzunluq insan həyatında bir dəfə olan bir hadisədir. Ona görə də onlar bacardıqları qədər bu məsələni istədikləri kimi qeyd etməyə çalışdılar. Əksəriyyəti məktəbdən kənarda, restoranlarda təmtəraqlı şəkildə qeyd etdilər".

Ekspert qeyd etdi ki, məktəblərdə aidiyyəti icra orqanlarının təşəbbüsü necə verilmişdisə, o səviyyədə də qeyd olundu.

"Bu isə o demək deyil ki, "Son zəng" yalnız verilən tapşırıqlar əsasında qeyd olundu və bitdi. Mən ümid etmirəm ki, gələn il bu qadağalar işlək olacaq. Çünki nə qədər çox qadağa qoyulursa, bir o qədər də maraq, həvəs və təmtəraq artır. Ona görə də bu məsələyə tolerant yanaşmaq lazımdır.

İmkan vermək lazımdır ki, onlar "Son zəng"lərini arzuladıqları və istədikləri səviyyədə qeyd etsinlər. Mən demirəm, dəbdəbəli, böyük pullar hesabına keçirilsin, amma azından öz arzularına uyğun səviyyədə keçirsinlər. Yəni, protokola sığmaq şərti ilə istədikləri kimi keçirsinlər", - deyə Məzahir Məmmədli vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see273

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see249

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see219

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see206

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see202

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see183

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see149

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see146

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see144

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see140

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see139

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see139

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see138

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see135

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see135

Yumşaq eniş , proqnozu aşan gəlirlər Azərbaycanın 2025 ci il üzrə iqtisadi icmalı

01 Yanvar 2026 18:43see134

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see134

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri