Icma.az
close
up
RU
Nə qədər pul, o qədər uşaq?

Nə qədər pul, o qədər uşaq?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda doğum səviyyəsi aşağı düşüb. 

2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15 971 yeni doğulan uşaq qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə azalma deməkdir. 

Belə ki, doğum nisbəti hər 1000 nəfərə 10,2 nəfərdən 9,7 nəfərə enib. Yeni doğulan körpələrin 53,8 faizi oğlan, 46,2 faizi qız olub. Həmin dövrdə 570 əkiz və 33 üçəm doğumu qeydə alınıb. 

“Dövlətin sosial proqramlarının yükünü artırır”

Həyəcan təbili çalan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, xüsusilə şəhərdə doğum səviyyəsi aşağı düşüb: 

“Statistika göstərir ki, doğum səviyyəsi əsasən təhsili və sosial rifahı aşağı olan təbəqələrdə daha yüksək, ali təhsilli və şəhər mühitində yaşayan qadınlar arasında isə xeyli aşağıdır.  Bu, şüurlu və instinktiv doğuş arasındakı fərqi açıq göstərir. Biri məsuliyyətli seçimə, digəri vərdişə əsaslanır. Nəticədə dünyaya gələn uşaqların bəziləri şəxsiyyət kimi formalaşmaq imkanından çox, sadəcə say göstəricisi kimi qalır. Bu isə dövlətin sosial proqramlarının yükünü artırır”. 

Çox uşaq büdcəyə yükdür?

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, hazırkı vəziyyətdə çox uşaq Azərbaycan hökumətinin dövlət büdcəsinə faktiki olaraq heç bir yük yaratmır. Onun sözlərinə görə, Azərbaycanda çoxuşaqlı ailələr üçün hökumət faktiki olaraq heç nə xərcləmir: 

“Azərbaycanda “çoxuşaqlı ailə” məfhumu beş və ya daha çox uşağı olan ailələrə şamil edilir. Yəni bütün güzəştlər beş və daha artıq uşağı olan ailələrə aid edilir. Amma ətrafımıza diqqətlə baxsaq, görərik ki, tanışlarımız, qohumlarımız arasında bu kriteriyaya cavab verən ailə çox azdır, ya da  yoxdur. 

Bu da o deməkdir ki, Azərbaycan hökuməti faktiki olaraq çoxuşaqlı ailələr üçün heç nə xərcləmir. Məsələnin digər tərəfinə baxsaq, ümumiyyətlə, hökumət uşaqlara hansı dəstəyi verir? Yalnız valideynini itirmiş və uşaq evlərində böyüyən uşaqlara müəyyən yardımlar göstərilir. Amma bu, ölkə üzrə çox aşağı bir faizdir. Yəni cəmi 200-300 min uşağı əhatə edir”. 

İqtisadçı əlavə edib ki, Azərbaycanda nə “uşaq pulu” verilir, nə də uşaqların sayına görə ailələrə güzəştlər tətbiq olunur: 

“Dünya praktikasında isə əksər ölkələrdə 18 yaşına qədər bütün uşaqlara dövlət tərəfindən müəyyən yardımlar edilir. Bu dəstək müxtəlif səviyyələrdə olur. Yardımlar yaş qruplarına görə dəyişir. 

Məsələn, 6 yaşına qədər bir formada, 6 yaşından sonra başqa formadadır. 15 yaşdan yuxarı isə fərqli şəkildə təqdim olunur. Bir çox Avropa ölkələrində uşaqlara verilən bu məvacib vergilərdən çıxılır. 

Kölgə iqtisadiyyatı olmadığı üçün bütün ailələr rəsmi şəkildə vergi ödəyir və həmin vergilər hesabına uşaqların saxlanması, qidalanması və digər xərcləri qismən kompensasiya olunur. Dolayısı ilə yardım edirlər. Azərbaycanda isə bunun heç biri yoxdur”. 

Nə qədər rifah, o qədər uşaq...

Akif Nəsirli qeyd edib ki, təhsil və səhiyyə sahəsində də vəziyyət arzuolunan səviyyədə deyil: 

“Təhsil və səhiyyə formal olaraq dövlət tərəfindən təmin olunsa da, real vəziyyət fərqlidir. Məsələn, bu gün elə bir uşaq tapmaq çətindir ki, yalnız məktəbdə aldığı təhsil hesabına, repetitor dəstəyi olmadan ali məktəbə qəbul olsun. Deməli, bizdə təhsil formaldır. Digər tərəfdən, son illərdə icbari tibbi sığortanın tətbiqi ilə dövlət tibb xidmətlərinin keyfiyyəti müəyyən qədər artsa da, hələ də tam əhatə olunmayıb. 

Çətinə düşəndə insanlar yenə də özəl tibb müəssisələrinə müraciət edir, “yaxşı həkim” axtarır. Halbuki inkişaf etmiş ölkələrdə “yaxşı həkim” anlayışı yoxdur, yəni həkim ya həkimdir, ya da deyil. Deməli, səhiyyəmizdə də ciddi problem var. Üstəlik, uşaqlara yönəlik ayrıca icbari tibbi sığorta paketləri mövcud deyil”. 

İqtisadçı vurğulayıb ki, Azərbaycanda ailələrdə uşaq sayının azalması birbaşa sosial rifahla bağlıdır: 

“Hər il əməkhaqqı və pensiyalar indeksləşdirilsə də, bu artım inflyasiyanın təsirini tam kompensasiya etmir. Nəticədə əhalinin real gəliri ildən-ilə az da olsa azalır. Qiymət artımı gəlir artımını üstələyir. Qiymət artımı daha sürətlidir, nəinki gəlir. Bu da ailədə uşaq sayına birbaşa təsir edir. 

Vətəndaşlar artıq şüurlu şəkildə anlayırlar ki, onların gəliri neçə uşağı saxlamağa kifayət edir və buna uyğun şəkildə ailə planlaşdırması aparırlar. Hazırda reproduktiv sahə o qədər inkişaf edib ki, ailələr bunu planlaşdıra bilir. Ona görə də uşaq sayı azalır. Deməli, ölkədə uşaq sayının azalması əslində gəlirlərin azalması ilə birbaşa əlaqəlidir”. 

“Əhalinin azalması isə strateji problemdir”

Sosioloq, pedaqoq Mail Yaqub isə fərqli düşünür. O bildirib ki, doğum səviyyəsindəki azalma birbaşa sosial və ya iqtisadi səbəblərlə bağlı deyil: 

“Hazırda Azərbaycanda doğum faizi aşağıdır. Dünyanın bəzi ölkələrində, xüsusilə Avropada bu göstərici daha aşağı olsa da, bizdə də doğum səviyyəsi getdikcə azalır. Statistikaya əsasən, bu azalma ilk növbədə sosial və iqtisadi səbəblərlə deyil, yəni ailələrin az uşaq dünyaya gətirməsi sadəcə iqtisadi problemlərə görə deyil. 

Bəs nədir səbəb? Səbəb budur ki, insanlığın həyata baxışı dəyişib. Məsələn, ötən əsrin 60-cı illərində Azərbaycanda hər ana üçün orta hesabla 6,7 uşaq düşürdü. İndi isə bu rəqəm cəmi 1,6-dır, yəni heç iki uşaq da deyil. Bəs niyə belədir? O dövrdə əhalinin sosial vəziyyəti indikindən daha yaxşı idimi? Əlbəttə ki, xeyr. 

Sadəcə, insanların həyata yanaşması fərqli idi. O vaxt valideynlər uşaqları üçün düşündüyü həyat standartı indikindən aşağı idi. İndi isə valideynlər övladının təhsilini, sağlamlığını, səyahət imkanlarını, geyimini, qidalanmasını və s. nəzərə alaraq fikirləşir ki, bir uşaq mənə kifayətdir və ya maksimum iki uşaq düşüncəsi ilə hərəkət edirlər. amma o vaxt belə deyildi”. 

Sosioloq hesab edir ki, bu tendensiya dövlətin demoqrafik siyasətinə uyğun deyil:

“Bu yanaşma dövlətin siyasətinə uyğun deyil. Çünki az uşağın olması gələcəkdə demoqrafik problemlərə səbəb olacaq. 30-40 ildən sonra Azərbaycan əhalisi azalmağa doğru gedə bilər. 

Əhalinin azalması isə strateji problemdir. Ona görə də “uşaq pulu” mütləq verilməlidir. Mən bunu dəfələrlə vurğulamışam. Əlbəttə, dövlətlərin sosial məsələləri təkcə bununla məhdudlaşmır, amma geniş miqyasda baxanda indiki şəraitdə azuşaqlı ailələr dövlət üçün də sərfəli deyil”. 

“Dövlət bu addımları atmasa…”

Ekspertin fikrincə, problemin qarşısını almaq üçün dövlət uşaq sayının artmasına yönələn stimullaşdırıcı addımlar atmalıdır:

“Bizim əhalimiz onsuz da azdır. Biz Çin və ya Hindistan deyilik ki, bir milyard yarım insanımız olsun. Cəmi 10 milyon əhalimiz var və bu say bu vəziyyətdə azalmağa doğru gedəcək. Bəs nə etməli? Əsas məsələ budur. 

Ailələrdə uşaq sayının heç olmasa üçə çatdırılması üçün dövlət təşviqedici tədbirlər görməlidir. Məsələn, ikinci uşağa müəyyən məbləğdə mükafat, üçüncü uşağa isə əlavə sosial dəstək verilməlidir. Dövlət bu addımları atmasa, bu mənfi tendensiya davam edəcək”. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az" 

Açar sözlər: doğum pul Mehriban Zeynalova Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1102

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see252

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see204

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see192

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see189

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see179

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see176

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see175

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see174

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see171

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see171

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see171

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see170

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see169

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see169

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see166

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see165

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see165

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see162

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri