Nə Rusiya, nə də Ukrayna! Qara dənizdə sahilə çıxan obyekt həmin ölkəyə məxsus oldu
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Ordu bölgəsində sahilə çıxan pilotsuz uçuş aparatının bir parçasının İran istehsalı olan kamikadze dronu olduğu ortaya çıxdı.
Turkustan.az xəbər verir ki, hadisə dünən səhər Dövlət Sahil Yolunun yaxınlığında, Fevzi Çakmak məhəlləsindəki dəniz sahilində baş verib. Məlumata görə, yad cisim görən vətəndaşlar 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Məlumatdan sonra əraziyə çoxsaylı polis, jandarma və sahil mühafizə dəstələri göndərilib. Hadisə yerinə gələn dəstələr ərazini təhlükəsizlik lenti ilə əhatəyə alıblar.
İlk baxışdan pilotsuz uçuş aparatının bir hissəsi kimi görünən obyekt üçün əraziyə ekspert qrupları cəlb edilib. Araşdırma zamanı partlayış təhlükəsi səbəbindən Dövlət Sahil Yolu hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb. Təxminən yarım saatlıq əməliyyat zamanı nəqliyyat axını alternativ yollara yönəldilib.
Parçanın ətraflı araşdırılmasından sonra əraziyə dörd nəfərlik SAS Komando qrupu, Ordu Vilayət Polis İdarəsinin bomba zərərsizləşdirmə qrupları, Ordu Sahil Mühafizəsinin şəxsi heyəti və rayon jandarma komandanlığının əməkdaşları göndərilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 11 Fevral 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















