Icma.az
close
up
RU
Nə şah unutdura bildi, nə molla Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla Edam ipini öpən azərbaycanlı şair kimdir?

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Məcid Rəşadətoğlunun yeni yazısını təqdim edir.

Mənalı ömür yolu romanlara, poemalara ideya oldu, baş prokurorluqdan dar ağacına qədər gedən qısa ömür yolunda böyük addımlar atdı, əyilmədi, sınmadı, bir sözlə, hər kəsə örnək ola biləcək bir həyat yaşadı. Paris sülh konfransında (1946-cı ildə baş tutan Paris sülh konfransında) iştirak etdi, son nəfəsində belə Azərbaycan dedi, Vətən söylədi...

Bu yazımızda sizə Cənubi Azərbaycan Milli Hökumətinin qurucularından biri olan, baş prokuror, türkcə şeirlər və kitablar yazan Firudin İbrahimi haqqında qısaca məlumat vermək istəyirəm.

Jurnalist, hüquqşünas, siyasətçi, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahimi 1918-ci il noyabrın 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olub. 9-cu sinifə qədər Astara şəhərində təhsil alıb, sonra təhsilini davam etdirmək üçün ailəsi ilə birgə Ənzəli şəhərinə köçüb. 10-cu və 11-ci sinifləri də Ənzəlidə oxuyub. Daha sonra o, Təbrizdə məskunlaşıb və təhsilini Firdovsi məktəbində davam etdirib. 1941-ci ildə məktəbi bitirdikdən sonra Tehran Universitetinin hüquq fakültəsinə daxil olub. 1945 – ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Bu illər ərzində fars, fransız və ərəb dillərini mükəmməl öyrənib.


Universitetdə oxuduğu dövrdə Tudə Partiyasına üzv olub. Bu müddət ərzində dövrün ictimai-siyasi, sosial həyatı ilə yaxından maraqlanıb. Seyid Cəfər Pişəvəri 1943-cü il mayın 23-dən etibarən Tehranda “Ajir” qəzetini nəşr etdirməyə başlayıb və tələbə olan Firudin İbrahimi də qəzetin redaksiya heyətinə üzv seçilib. Bu dövrdə o, həm də Tudə Partiyasının rəsmi orqanı olan “Rəhbər”, Fəhlə və Zəhmətkeşlər Birliyinin Birləşmiş Mərkəzi Şurasının orqanı olan “Zəfər”, “Mərdom” və digər qəzetlərdə də maraqlı, oxunaqlı məqalələri ilə çıxış edib. Tehran Universitetini bitirdikdən sonra İran Xarici İşlər Nazirliyindən və digər dövlət qurumlarından iş təklifləri alsa da, o, bunu qəbul etməyib və Təbrizə gedib. Təbrizdə Tudə Partiyasının əyalət komitəsinin nəzarəti altında nəşr olunan “Xavəre-no” qəzetində yazmağa başlayıb...

Firudin İbrahimi və bərabərindəki azadlıq mücahidlərinin dövrün siyasi rejimi ilə mübarizəsi qansız, itkisiz ötüşməyib. İbrahimin edamına qədər onun bir çox əqidədaşları şah rejimi tərəfindən repressiyalara məruz qalıb, sürgün edilib, güllələnib...1946-cı ilin dekabrında isə bu qanlı mübarizə, daha doğrusu, ədalətsiz mübarizə şah rejiminin qələbəsi ilə başa çatıb. Silah – sursat çatışmazlığı, qüvvələr nisbətinin şahın xeyrinə olması mübarizəyə amansızca son qoyub. Nəticədə, Firudin İbrahimi və bərabərindəki azadlıq carçıları bir-bir həbs olunub. Ardınca isə həbs olunanların kütləvi edamlar başlayıb...

1947-ci ilin may ayının 23-də Gülüstan bağında Azərbaycanın danışan dili – Firudin İbrahimi edam edilir. Bəli, 1947-ci ilin may ayının 23-də o, Paris Sülh Konfransında geydiyi kostyumunu geyinir, üzünü qırxır, qalstukunu taxır və Gülüstan bağındakı edam yerinə gətirilir. Son dəfə canı, varlığı qədər sevdiyi xalqın hüzuruna çıxan Firudin İbrahimi edam edilir...Yıxılmış olan Azərbaycan Milli Hökumətinin baş prokuroru, gənc hüquqşünas və yazıçı – publisist Firudin İbrahimi edam olunmamışdan qabaq asılacağı ipi öpərək bu sözləri deyir:


Sən çağırsan gələcəm mən,
Eyibi yoxdur, öləcəm mən...
Təki sən yaşa, Azərbaycan!

Firudin İbrahiminin asılmasına şahid olan Fərhad Azəri və Ələddin Ələkbərinin xatirələrindən oxuyuruq ki, onu asmaq üçün Gülüstan bağına gətirəndə insanlar buna etiraz ediblər və şah qoşunlarına hücum etmək istəyiblər. Firudin İbrahimi isə xalqın itki verəcəyindən ehtiyatlanaraq onları sakitləşdirib və bunları deyib:” Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın dogma Ana Vətənimiz Azərbaycan!

Onu da diqqətinizə çatdırım ki, Firudin İbrahiminin atası Qəni İbrahimi də siyasi fəaliyyəti və sosialist düşüncələrinə görə uzun illər təzyiqlərə məruz qalıb. Bununla yanaşı, Qəni bəy İbrahimi Rza xanın (Rza şah Pəhləvi) səltənət elan etdiyindən sonra həbsə atılır və təxminən iki il Tehranın Qəsr həbsxanasında həbs edilir. Daha sonra isə Nəhavənd şəhərinə sürgün edillir və ömrünün sonunadək orda olur. Bu isə ailənin ilk övladı olan Firudinin uşaq yaşlarından atasız yaşamasına səbəb olur və anası Fatimə Şirvani ilə birgə ailənin yükünü öz çiyinlərində daşımalı olur...

Azərbaycan qəzetində dərc edilmiş bir yazıda Firudin İbrahimi vətənin üzərinə qara buludların kölgə saldığını yazmışdı. Dünya səviyyəsindəki dəyişikliklər və sovet güclərinin Azərbaycandan çəkilməsi kimi hadisələr gələcək günlərin çətin keçəcəyini göstərirdi. Pəhləvi qoşunları artıq Zəncana girib, dinc əhaliyə belə rəhm etməyib, cinayətlər törətmişdi. Az zaman sonra Təbrizə çatacaqları bəlli idi. Firudin İbrahimi “Hamı vətən müdafiəsi yolunda” adlı bir məqaləsində belə yazırdı: ”Düşmən kim olursa olsun, bu sülhsevər millət (Azərbaycan milləti) vətənin müdafiəsi yolunda amansız olacaqdır”.


Firudin İbrahiminin üzv olduğu Azərbaycan Milli Hökumətinin məqsədi ölkədə qondarma şah rejimini devirmək, ədalətli cəmiyyət yaratmaq, Azərbaycan dilini dövlət səviyyəsinə qaldırmaq və Cənubi Azərbaycanda azərbaycanlılara azadlıq və hürriyyət vermək idi. Ancaq olmadı, zülm qələbə çaldı. Şah rejimi əsrə yaxın Cənubi Azərbaycanda soydaşlarımıza qarşı amansız siyasət yürütdü. Ondan sonra ölkədə bərqərar olan molla rejiminin də siyasəti əvvəlkindən fərqlənmədi...

Onu da qeyd edək ki, Firudin İbrahiminin həyatı Xalq yazıçımız Mirzə İbrahimovun “Gələcək gün” romanına ideya olub. Mirzə bəylə yanaşı, dövrünün bir sıra şair və yazıçıları, o cümlədən Mədinə Gülgün “Firudin” poemasında İbrahiminin vətənpərvər, qəhrəman və gözəl obrazını yaradıb. Həmçinin Həbib Sahir, Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Xəlil Rza, Arif Səfa, Tariyel Ümid əsərlərində onun poetik obrazını yaradıblar. Mübariz ruhuna dərin hörmət və ehtiramla... Firudin İbrahimi – Azərbaycanın danışan dili!

İsmayıl qurbanı əhvalatının müasir versiyası Gəncləri intihara sürükləyən mərc oyunları... "Məscid tikəcəyik" deyib pul yığanlar – Quldurları niyə sevirik?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri