Icma.az
close
up
RU
Nə səfir kimi səfir, nə deputat kimi deputat... O, kimin xətrinə dəyməkdən qorxur?

Nə səfir kimi səfir, nə deputat kimi deputat... O, kimin xətrinə dəyməkdən qorxur?

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Azərbaycanda “vurumuş” məmurların səfir göndərilməsi kimi uzun illər davam edən yazılmamış bir “adət-ənənə” var. Polad Bülbüloğlunun Azərbaycanın Rusiyadakı səfiri postundan çıxarılandan sonra Azərbaycan parlamentinin deputatı olması isə belə qənaət yaradır ki, indi də “vurulan” səfirlərin deputat edilməsi kimi yeni “tendensiya” meydana gəlib. Bunun nə dərəcədə “uğurlu” gediş olduğunu P.Bülbüloğlunun deputat olandan sonrakı fəlaiyyət(sizliy)i aydın şəkildə ortaya qoyur...

AZAL təyyarəsinin vurulmasından sonra baş verənlər, Rusiyanın Azərbaycana münasibətdə “həm suçlu, həm güclü” siyasəti, kobud, yekəxana davranışları, üstəgəl də Azərbaycan tərəfinin haqlı tələbləri və Bakıdakı “Rus Evi”-nin bağlanması da daxil olmaqla qanuni addımlarına Kremlə yaxın medianın, təbliğatçıların, politoloqların, deputatların və s. bütün əndazələri aşan reaksiyası biz tərəfdən də adekvat cavab tələb edir. Yaxşı olar ki, hətta vacibdir ki, bu cavabı Rusiyada az-çox tanınan azərbaycanlı siyasət, ədəbiyyat, incəsənət və s . adamları versinlər.

Ancaq Azərbaycana “dil uzadan”, ünvanımıza təhqir və təhdidlər səsləndirən Rusiyanın hakim “Vahid Rusiya” partiyasının tanınmış deputatlarına yalnız bir-iki deputatımız - Azər Badamov, Nizami Səfərov, Rasim Musabəyov və s. cavab verir.

Uzun illər Rusiyada səfir olmuş, hazırda isə Milli Məclisin deputatı adını daşıyan, rus siyasi və mədəni elitasının yaxşı tanıdığı Polad Bülbüloğlunun isə səsi, cınqırı çıxmır.

Hazırda Rusiyada Azərbaycana qarşı açıq düşmənçilik təbliğatı tüğyan edir, ölkə rəhbərliyi rus mediasında təhqir olunur, azərbaycanlıların toplaşdığı obyektlərə polis basqınları həyata keçirilir, Rusiya vətəndaşı olan azərbaycanlılar belə təhqir, təhdid edilir və s. Yeri gəlmişkən, rus təbliğatının hədəf aldığı şəxslər arasında Rusiyada böyük biznesi olan və sabiq səfirimizin dost adlandırdığı azərbaycanlı milyarderlər də var. Amma Bülbüloğlu susur. Niyə? Nə gözləyir? Hansı maraqlarına zərbə dəyəcəyindən, yaxud Moskvada kimin xətrinə dəyməkdən qorxur?

Adama elə gəlir ki, o, hansı ölkənin, xalqın səfiri, sonra isə deputatı olduğunu özü də qarışıq salır və heç cür Vladimir Putinin qarşısında gözləri parıldaya-parıldaya oxuduğu “Podmoskovnıye veçera” mahnısının ab-havasından çıxa bilmir. Ya da Putinin verdiyi və Lavrovun təqdim etdiyi “Aleksandr Nevski” ordenindən utanır...

Təəssüf ki parlament rəhbərliyi, spikerin özü də Azərbaycana qarşı aparılan çirkin kampaniyaya Bülbüloğlu kimilərin susqun reaksiyasına göz yumur...

Polad Bülbüloğlu Moskvada səfir olanda səfirlik qarşısına toplaşan və min əziyyətə, təhqirlərə qatlanaraq çörək qazanan həmyerlilərimizə minnət qoyaraq, “Rusiya sizə çörək verir” demişdi. Hansı ki, Rusiyadan əziyyətsiz-filansız ən böyük “çörək qazananları” da həmvətənlərimiz yaxşı tanıyır. Görünür, bəzilərinin  miskin susqunluğu da həmin “çörəyi itirmək” qorxusundan irəli gəlir...

Bir sözlə, Bülbüloğlu necə səfir, diplomat idisə, elə o cür də deputatdır. Nə səfir kimi səfirliyini, nə də deputat kimi deputatlığını görmədik...

Azpolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Fevral 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri