Icma.az
close
up
RU
“Nə yaxşı gəlmisən, bala!”

“Nə yaxşı gəlmisən, bala!”

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev budəfəki bayram günlərində də ənənəsinə sadiq qalaraq azad olunmuş, bərpa edilmiş daha bir yaşayış məntəqəsinin sakinləri ilə öz evlərində, yurdlarında görüşdü. Mayın 28-də dövlətimizin başçısı Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbriklərini Şuşanın Böyük Qaladərəsi kəndində dilə gətirdi, Qalib Ali Baş Komandana minnətdarlıq, təşəkkür dolu səmimi duaları eşitdi.

Böyük Qaladərəsi kəndinin sakinləri ilə görüşdən yayılan kadrlara həyəcansız baxmaq mümkün deyil. Həmin qürur, sevinc dolu kadrları izlədikcə qeyri-ixtiyari xəyalən illər öncəyə ekskurs etməyin özü də əzablıdır. On illərlə işğal altında qalan bu cənnət məkan nələrə şahid olub?..Hətta 44 günlük Vətən müharibəsindən sonra erməni separatçılarının bu ərazilərdə hansı oyunlar çıxartdığını da unutmamışıq. 2022-ci ilin bu günlərində, Vətən müharibəsindən il yarım sonra bu ərazidəki erməni separatçıların Azərbaycanın alternativ yol çəkilişinə belə mane olmağa cəhd göstərdiklərindən yazırdıq. O zaman Azərbaycana məxsus yük avtomobillərinin hərəkətinə maneçilik törədirdilər, özü də Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında baş verirdi bu insidentlər. Amma ermənilərə gizli və açıq dəstək verən Rusiya hərbçiləri onların özbaşınalıqlarının qarşısını almağa maraqlı olmadıqlarını nümayiş etdirirdilər. Azərbaycan hətta birgəyaşayış naminə alternativ yollar çəkirdi Azərbaycan kəndlərinə, təki sülh olsun deyə. Bu gün Azərbaycandan guya qovulduqlarını iddia edən ermənilər isə o zaman olduqları yerdə sakit yaşamaqdansa dövlətimizə “təpik atmağa” cəhd göstərdilər, daha sonra yığışıb getdilər...

Azərbaycan Silahlı Qüvvələrinin cəmi 23 saat çəkən antiterror əməliyyatından sonra erməni separatçılarının cinayətlərinə son qoyuldu və Böyüklü-Kiçikli Qaladərəsi daxil, bütün ərazilərimiz düşmən hərbçilərindən, separatçılardan təmizləndi.

Budur, Böyük Qaladərəsinə həyat qayıdıb, çünki öz doğma sakinlərinə qovuşub! Böyük Qaladərəsi kəndində 50 fərdi ev olsa da, onların 13-ü yararsızdır, 17 ev isə bərpa olunub. Növbəti mərhələdə daha 20 evin bərpası planlaşdırılır. İlkin mərhələdə kənddə 14 ailənin, 64 nəfərin qayıdışı təmin edilib. Yerli sakinlərin bu yurda qayıdışı necə intizarla gözlədiyini dövlət başçısı ilə görüşdükləri zaman dillərindəki təşəkkürdən, gözlərindəki sevincdən aydın şəkildə sezmək olurdu. Olduqca səmimi bir atmosfer var idi bu görüşdə. Ağbirçək xanımın sözlərini isə həyəcansız izləmək mümkün deyildi. “Nə yaxşı gəlmisən, bala”, deyə, dövlət başçısına xitab edən ağbirçək ananın sözləri o qədər səmimi, münasibəti o qədər səmimi idi ki...Həm də kövrək, duyğusal anlar idi. Sanki gözləməkdən gözlərinin kökü saralmış ana öz övladını uzun həsrətdən sonra qarşılayırdı, onun boyunu oxşayırdı, dualarını sıralayırdı, Tanrıya şükranlıqla.

Kadrları izlədiyim o anlarda nədənsə mənə elə gəldi ki, yurdunun, evinin həsrəti ilə 30 ildən artıq qovrulmuş bir vətəndaşın onu evinə qaytarmış Prezidentinə dediyi “nə yaxşı gəlmisən, bala” xitabı təkcə ev sahibinin Ali Qonağa ünvanladığı xoşgəldindən də, ananın övladına ünvanladığı sevgidən də daha ali, daha müqəddəs xitab idi. Sanki bu sözləri bir ana övladına, dövlət başçısına yox, Böyük Qaladərəsinin timsalında Vətənin bir parçası uzun həsrətdən sonra öz sahibinə, sahiblərinə, nəfəsi üçün darıxdığı insanlarına ünvanlayırdı. Böyük Qaladərəsinin uzun həsrətdən sonrakı vüsalının notları, nidaları var idi o xitabda: “Nə yaxşı gəlmisən, bala!” Onilliklər ərzində işğal altında qalmış bir yurdun, Vətən torpağının öz övladlarına ünvanladığı “nə yaxşı” gözaydınlığı idi. Axı, bizim çoxumuz Şuşa həsrəti ilə dünyadan köç edə biləcəyimizin dəhşətli əzabıyla yaşayırdıq, bəzilərimiz ümidini kəsirdi getdikcə...Görün o halda nəinki Şuşa, Böyük və Kiçik Qaladərəsi nə çəkirmiş. Kim bilir, bəlkə o kəndin də heç bir ümidi yox imiş, bir daha qoynunda doğma insanların ayaq səslərini duymağa, onların bel götürüb bu torpaqları əkib-becərməsinə...

Bu səmimi söhbətin davamı da var:

“Ağbirçək qadın: Mənim qızımı niyə gətirməmisən, görərdim.

Prezident İlham Əliyev: Onun da salamı var sizə.

Ağbirçək qadın: Məndən çoxlu-çoxlu salamlar apar Şuşa qızıma.

Prezident İlham Əliyev: Mütləq. O da Şuşa qızıdır, bilirsiniz”.

Görün necə səmimi ortamdır. Həm də ağbirçək ananın Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlı möhtəşəm bir xitabı: “Şuşa qızım”. Çox gözəl tapıntıdır. Doğrudan da bu torpağın kəramətindən, qüdrətindəndir, doğma insanları öz yurduna ayaq basarkən nələrə qadir olurmuşlar...

“Nə yaxşı gəlmisən bala”, xitabı məni qeyri-ixtiyari tarixin dərin qatlarına apardı. Axı, çox darıxmışdı bu yurd yeri...

Böyük Qaladərəsi həm də Azərbaycan üçün çox önəmli, strateji əhəmiyyət daşıyan ünvanlardan biridir. Vaxtilə bu kəndin adı Köhnəkənd olub. Sovetlər zamanı isə Kirov, Mest Qaladərəsi olub. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı qərarı ilə Şuşa rayonunun Mest Qaladərəsi kəndi Böyük Qaladərəsi kəndi adlandırılıb. Amma Şuşanın işğal altında olması səbəbindən bu kəndin hansı adı daşıması, təəssüf ki, o qədər də ciddi önəm kəsb etmirdi. Separatçılar, işğalçılar bu kənddə məskunlaşmışdılar. Amma axı, işğal bununla da bitmirdi, daha çox uzaq tarixə gedirdi...Çar Rusiyası bu yerləri də əlimizdən qoparmışdı. 1728-ci ildə İrandan köçürülmüş ermənilər orada məskunlaşandan sonra iki – Böyük və Kiçik Qaladərəsi kəndləri yaradılmışdı. Ermənilər adını “Mets” Qaladərəsi və “Hin” Qaladərəsi qoymuşdular. Şumerlərdən qalma “Qala” sözündə yabançı hay yarlığını yapışdırmışdılar uzun illər boyunca... Azərbaycan dövləti, Azərbaycan Prezidenti iki əsrlik ədalətsizliyi ortadan qaldırdı, həm də Böyük Qaladərəsində!

“Dəmir yumruq” elə-belə xatırlanmadı Böyük Qaladərəsində. 2023-cü ilin 28 mayında da Prezident yurdlarına ƏBƏDİ qayıdan Laçın sakinləri ilə görüş zamanı dağların o üzündəkilərə - Qərbi Azərbaycanda məskunlaşanlara “biz sizi görürük” xəbərdarlığını etmişdi. İrəvanda hərbi parad keçirənlər Böyük Qaladərəsi xəbərdarlıqlarından da nəticə çıxarmalıdır! Qərbi Azərbaycanda nə qədər yurd yerlərimiz “Nə yaxşı gəlmisən, bala!” demək üçün tamarzıdır...

Unutmasınlar!!!

Elşad Paşasoy

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 May 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri