Ne Zha 2 dünyanın ən çox gəlir gətirən animasiya filmi oldu
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Çində 29 yanvarda nümayiş olunan "Ne Zha 2" animasiya filmi qlobal kassada bir sıra rekordlara imza atıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, film dünya üzrə ən çox gəlir əldə edən animasiya filmi olmaqla yanaşı, beynəlxalq kassada da 9-cu pilləyə yüksəlib.
"Ne Zha 2" yalnız animasiya sahəsində deyil, ümumilikdə beynəlxalq kino bazarında da mühüm yer tutub. Çində 160 milyondan çox izləyici toplayaraq ölkənin ən çox baxılan filmi olub.
Film qlobal miqyasda 1 milyard 720 milyon dollardan artıq gəlir əldə edərək, Hollywood istehsalı olmayan ilk film kimi 1 milyard dollar həddini keçib.
"Ne Zha 2" Çin ədəbiyyatının klassik əsərlərindən biri olan Tanrıların Tayini romanı əsasında çəkilib. Tənqidçilər filmin Çin folklorunu aksiyon, yumor və romantika ilə uğurla birləşdirdiyini bildiriblər. Bundan əlavə, film Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında da nümayiş etdirilib.
Nuriyyə Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:276
Bu xəbər 19 Fevral 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















