Nəbil Fəhmi Ərəb Liqasının yeni baş katibi seçilib
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Al Arabiya” telekanalının yüksək vəzifəli diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Ərəb Liqasının yeni baş katibi vəzifəsinə Nəbil Fəhmi seçilib.
Yeniavaz.com xəbər verir ki, o, bu postda hazırkı rəhbər Əhməd Əbul Qeyti əvəz edəcək.
Mənbələrin bildirdiyinə görə, Fəhminin namizədliyi Ərəb Xarici İşlər Nazirlərinin 165-ci sessiyası zamanı üzv dövlətlərin konsensusu əsasında təsdiqlənib. Yeni baş katibin vəzifəsinin icrasına rəsmi olaraq iyulun 1-dən başlayacağı gözlənilir.
1951-ci ildə anadan olan Nəbil Fəhmi uzun illər beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərmiş təcrübəli diplomat kimi tanınır. O, Misirin sabiq xarici işlər naziri İsmayıl Fəhminin oğludur.
Fəhmi 2013-cü ilin 30 iyun hadisələrindən sonra, 2014-cü ilin iyun ayınadək Misirin xarici işlər naziri vəzifəsində çalışıb. Bu dövrdə o, ölkəsinin siyasi kursunu beynəlxalq ictimaiyyətə izah etmək və regiondakı rolunu gücləndirmək istiqamətində diplomatik fəaliyyətə rəhbərlik edib.
Diplomatın karyerasına ABŞ və Yaponiyada səfir kimi fəaliyyəti də daxildir.
Bu mövzuda digər xəbərlər:Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi
29 Mart 2026 19:54
Türkiyə XİN başçısı Ərəb Liqasının baş katibi ilə müzakirə aparıb
05 Dekabr 2024 22:38
Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək
22 Aprel 2025 19:23
Misir Ərəb Liqasının fövqəladə sammitini çağırıb
09 Fevral 2025 14:36
Fələstin Ərəb Liqasının fövqəladə iclasına çağırıb
09 Fevral 2026 14:55
Baxış sayı:156
Bu xəbər 29 Mart 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















