“Necə bir millət olduğumuzu dəfələrlə göstərmişik” − Ərdoğan xəbərdarlıq etdi
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
“Bölgəmizin çətin günlərdən keçdiyi bir vaxtda işi qətiyyən təsadüfə buraxmırıq. Baş verən bugünkü hadisədə olduğu kimi, NATO üzrə müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararaq bütün zəruri tədbirləri görür və dərhal lazımi müdaxiləni edirik”
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbçilərlə olan iftar yeməyində İrandan atılan ballistik raketin Türkiyə hava məkanında zərərsizləşdirilməsini şərh edərkən deyib.
Türkiyə lideri çıxışına İrana xəbərdarlıq da edib:
“Bir millət olaraq bu torpaqlarda, əbədi vətənimizdə sülh və əmin-amanlıq içində yaşamaq istəyiriksə, çəkindirmə qabiliyyətlərimizi daim artırmalıyıq. Oxşar hadisələrin bir daha baş verməməsi üçün xəbərdarlıqlarımızı ən aydın şəkildə edirik. Ölkəmizin və millətimizin təhlükəsizliyini təmin etmək iradəmiz və qabiliyyətimiz ən yüksək səviyyədədir. Tariximizdə vətənimiz və bayrağımız təhdid altında olduqda, müstəqilliyimiz və gələcəyimiz təhlükə altında olduqda necə bir millət olduğumuzu dəfələrlə göstərmişik”.
Bu mövzuda digər xəbərlər:Ərdoğan İrana xəbərdarlıq etdi “Necə millət olduğumuzu dəfələrlə göstərmişik”
04 Mart 2026 21:33
“Siz necə Ərdoğan dəstəkçisisiniz?” Video
23 Oktyabr 2026 12:47
Ərdoğan müxalifətə xəbərdarlıq etdi
09 Sentyabr 2025 08:49
Ərdoğan terrorçulara xəbərdarlıq ETDİ
01 Mart 2025 22:45
Baxış sayı:90
Bu xəbər 04 Mart 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















