Icma.az
close
up
RU
Necə çıxar qaranlıqlar aydınlığa?!

Necə çıxar qaranlıqlar aydınlığa?!

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

FURQAN

"Dəyirman", "Şeytan", "Köç" kimi məşhur əsərlər yazmış yazıçı Mövlud Süleymanlının çox sevdiyim kiçik bir hekayəsi var: "Yanğın".

Hadisələrin Sovet dövründə, hər hansısa bir kənddə baş verdiyi bu hekayədə Xıdır adlı şəxs kənddə mağaza işlədir, lakin işinə bacardığı qədər haram qatır. Yazıçının özü demişkən: "Qənd alırlar, qənddən kəsir, yağ alırlar, yağdan kəsir".

Və bu üsullarla varlanan Xıdır getdikcə harınlaşır, harınlaşdıqca da kənd camaatına yuxarıdan aşağı baxır.

Günlərin bir günü, öz həyətində qonşulara acıq verə-verə kabab bişirəndə necə olursa külək qalxır, alov ətrafa yayılır və Xıdırın evinin yanmasının qarşısını heç cür almaq olmur. Açığı, heç yanğının qarşısını almağa tələsənləri də görmürük hekayədə. Ev tamamilə yanıb kül olur.

Həmin günün səhəri Xıdır ayaqlarını sürüyə-sürüyə mağazanı açır, yenə də əvvəlki kimi "qənd alırlar qənddən kəsir, yağ alırlar yağdan kəsir".

Bunu görən kənd camaatı yenə də Xıdıra heç nə demir. Düşünürlər ki, Xıdır yenə işləməli, qazanmalı, ev tikməlidir.

Dəfələrlə oxuduğum bu hekayə cəmi bir neçə səhifə olsa da, sətirlərində, cümlələrində daşıdığı məna bəlkə də bir kitabxanaya sığmayacaq qədərdi.

I KADR: SƏSSİZ, SAKİTCƏ

İndiki Vyetnamın cənub hissəsində 1955-1975-ci illərdə mövcud olmuş Cənubi Vyetnamın prezidenti (1955-1963) Nqo Dinh Diemin hakimiyyət illəri müxtəlif təzyiqlərlə yadda qalıb. Bu təzyiqlər əsasən buddistlərə və siyasi müxalifətə qarşı idi. Prezident özü katolik idi və əhalinin böyük bir hissəsini təşkil edən buddistləri sevmirdi. O, buddizm bayraqlarının dalğalanmasını yasaqlamış, yalnız katolik bayraqlarının dalğalanmasına icazə vermişdi.

8 may 1963-cü ildə Hue şəhərində buddizm bayrağının qadağan olunmasına etiraz edən 9 silahsız buddist polis və ordu tərəfindən öldürüldü. Bu hadisə Cənubi Vyetnamda "Buddist krizi"nin başlanmasına səbəb oldu.

Həmin kriz zamanı nələrin baş verdiyini geniş yazmayacam. Bu haqda internetdə rahatlıqla xeyli məlumat tapmaq olar. Ona görə də çox vaxtınızı almaq istəmirəm.

Buddist keşiş Thiç Quanq Duk Cənubi Vyetnamda buddistlərə qarşı olan zülmə etiraz əlaməti olaraq özünü yandıranda 67 yaşında idi. Paytaxt Sayqon şəhərinin insanlarla dolu mərkəzi küçələrindən birində tələbələri ilə birlikdə maşından düşdü və yerdə oturdu. Tələbələrindən birinin əlində benzinlə dolu bidon var idi və yerdə oturan keşiş Thiç Quanq Duk həmin benzinin üzərinə tökülməsini istədi. Tələbəsi onun istəyini həyata keçidi. Bir azdan keşiş yanmağa başladı.

Həmin hadisənin şahidləri öz xatirələrində bildirirlər ki, alov içində qalan keşiş Thiç Quanq Duk qətiyyən tərpənməmiş və səs çıxarmamışdı.

Bəs sonra nə oldu?

Bu hadisədən təxminən 5 ay sonra prezident Nqo Dinh Diem sui-qəsd nəticəsində öldürüldü.

II KADR: PİLLƏKƏNDƏ ÜÇ ŞAİR

Zamanda sürətlə addımlayaraq 30 il sonraya, 2 iyul 1993-cü ilə gəlirik. Türkiyənin Sivas şəhərinə.

Pir Sultan Abdal Mədəniyyət Dərnəyi tərəfindən təşkil edilmiş Pir Sultan Abdal şənliklərinin keçirildiyi Sivasın xeyli qonağı var idi. Bu qonaqlar şairlər, yazıçılar, sənət adamları idilər. Fəxri qonaq isə, 77 yaşlı məşhur yazıçı Əziz Nesin idi. Hansı ki, həmin ərəfədə Əziz Nesin hind əsilli Amerika yazıçısı Salman Rüşdinin İslam dini və onun müqəddəsləri haqqında xoşagəlməz ifadələr işlətdiyi qalmaqallı romanı "Şeytan ayələri"ni türk dilinə tərcümə etmiş, qatı dindarların nifrətini qazanmışdı.

Və 2 iyul 1993-cü ildə Sivasda açıq məkanda oxucular üçün kitab imzalayan Əziz Nesin gözlənilmədən qatı dindarların hücumuna məruz qalır. Bir neçə nəfərin köməyi ilə "Madımak oteli"nə gedən yazıçı Sivasa gəlmiş onlarla qonaqla birlikdə orada gözləmək məcburiyyətində qalır. Amma yazıçıya əsəbiləşənlərin, "Şeytan Əziz!", "Sivas Əzizə məzar olacaq!", "Müsəlman Türkiyə!", "Yaşasın şəriət!" şüarları ilə qışqıranların sayı azalmır, əksinə, sanki əvvəlcədən planlanmış şəkildə daha da artır.

Səslənən şüarlar bəs etmir, qonaqların sığındığı otelə tərəf daşlar atılır və atılan daşlar pəncərə şüşələrini çilik-çilik edir.

Əziz Nesin Ankaraya, Baş nazirin müavini Erdal İnönüyə zəng vuraraq "Bizi xilas edin!" deyir. İnönü cavabında "narahat olmayın! - deyir, - lazım olanı edəcəyik!"

Lakin bir azdan yazıçı Əziz Nesinə ölüm arzulayanlar onun və digər qonaqların sığındığı Madımak otelini yandırırlar.

Həmin yanğında 33 qonaq və 2 otel işçisi yanaraq və ya tüstüdən boğularaq vəfat edirlər. Əziz Nesin isə yanğınsöndürənlərin köməyi ilə xilas edilir. Xilas edilərkən bir yanğınsöndürən tərəfindən ağır şəkildə döyülür.

Sonralar televiziya çıxışlarında yazıçı yanğının qarşısının vaxtında alına biləcəyini, dövlət qurumlarının, polislərin, əsgərlərin hadisəyə laqeyd yanaşdıqlarını dəfələrlə vurğulayacaqdı. 

 Şəkildə otelə sığınıb xilas edilmələrini gözləyən 3 şairi görürük: Metin Altıok, Uğur Kaynar və Behçet Aysan. Bu üç şair haqqında internetdə kiçik bir araşdırma aparsanız, ikisinin ölüm tarixinin eyni olduğunu görəcəksiniz: 3 iyul 1993. Metin Altıok isə, 6 gündən sonra - 9 iyulda xəstəxanada gözlərini əbədi yumur.

Yazımıza Mövlud Süleymanlının bir hekayəsində yanan evlə başlamışdıq, Metin Altıokun bir bənd şeiri ilə bitirək:

dayanmadan ovuclarım tərləyir

arxamca inildəyir

girib-çıxdığım qapılar

ürəyim ağrıyır

gecikir gözlədiyim qatar

bir-bir uzaqlaşır sevdiyim insanlar

nə vaxt bir dostumun evinə getsəm -

evdə yoxdular!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see283

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see270

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see270

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see230

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see229

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see226

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see224

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see220

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see220

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see208

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see202

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see199

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see198

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see191

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see189

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see189

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see185

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see184

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see179

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri