Neçə illərdir qazımız yoxdur, soyuqdan əziyyət çəkirik Salyan sakinlərindən şikayət
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Salyan rayonunun 700-ə yaxın sakini olan Ərəbqardaşbəyli kəndinin sakinləri illərdir mavi yanacağın olmamasından əziyyət çəkirlər.
Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək sərt qış aylarında soyuqdan donmamaq üçün aidiyyəti qurumlardan kömək istəyirlər.
"Neçə illərdir qazımız yoxdur, soyuqdan əziyyət çəkirik" - Salyan sakinlərindən şikayət
Kənd sakinlərindən biri deyib ki, illərdir mavi yanacağın olmaması onların həyatını xeyli çətinləşdirib: "Neçə illərdir qazımız yoxdur, soyuqdan əziyyət çəkirik. Uşaqlarımızın hamısı kəndi tərk edib, cavanlardan demək olar ki, heç kim qalmayıb".
"Odun yoxdur, qırılıb batırıq. Uşaqlarım soyuq səbəbindən xəstələnib. İcra hakimiyyətinə və kənd nümayəndəliyinə müraciət etmişik, "olacaq" deyirlər, amma hələ də nəticə yoxdur", - başqa bir sakin qeyd edib.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, ölkə üzrə qazlaşdırılmayan kəndlərin və yeni yaşayış massivlərinin qazlaşdırılması qurumun gündəliyində olan əsas məsələlərdəndir.
Qurumdan verilən məlumata görə, qazlaşdırma proqramı daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir və sözügedən kəndə küçə qaz xətlərinin çəkilməsi məsələsinə növbəti mərhələlərdə baxıla bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 31 Yanvar 2026 02:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















