Neçə yaşa qədər uşaqlar avtobusdan ödənişsiz istifadə edə bilər? RƏSMİ CAVAB
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Azərbaycanda avtobuslarda uşaqlar üçün gedişhaqqı müəyyən yaş həddinə əsasən tənzimlənir. Bəzi marşrut sürücüləri arasında bu qaydaların fərqli tətbiq edildiyi hallar müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bəzi sürücülər 6 və ya 7 yaşadək uşaqların gedişhaqqını da pulsuz hesab edirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, bu yanaşma qanunvericiliyə uyğun deyil.
"Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gedişhaqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir", - deyə AYNA-nın məlumatında qeyd olunub.
Banu Hüseynli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 12 İyun 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















