Icma.az
close
up
RU
Neçənci mərtəbədən yuxarı mənzil almaq məsləhət deyil? CAVAB

Neçənci mərtəbədən yuxarı mənzil almaq məsləhət deyil? CAVAB

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Amerikalı tədqiqatçılar uzunmüddətli müşahidələrin nəticələrini təhlil etdikdən sonra gözlənilməz nəticəyə gəliblər: yaşamaq üçün ən əlverişli mərtəbələr – birinci ilə yeddinci mərtəbə arasıdır. Bundan yuxarı mərtəbələrdə yaşamaq isə sağlamlıq üçün potensial təhlükə yarada bilər və bunun bir neçə əsaslı səbəbi var. –  bu barədə Lent.az məlumat verir:

Yer maqnit sahəsi yüksəkliklə azalır
Əsas səbəblərdən biri Yer səthindən uzaqlaşdıqca Yer maqnit sahəsinin gücünün azalmasıdır. Mərtəbə nə qədər yüksəkdirsə, təbii maqnit təsiri bir o qədər zəifləyir. Alimlərin fikrincə, bu dəyişikliklər ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir göstərə, immuniteti zəiflədə və sinir sistemində gərginlik yarada bilər.

Elektromaqnit şüalanma yüksək mərtəbələrdə artır
Baxmayaraq ki, məişət texnikası və elektrik naqilləri bütün mərtəbələrdə eyni işləyir, yuxarı mərtəbələrdə yaşayanlar daha çox elektromaqnit dalğalara məruz qalırlar. Dəmir-beton arakəsmələr elektromaqnit dalğaları udaraq onları yaymağa imkan vermir və nəticədə bu dalğalar otaq daxilində yığılır. Bu xüsusilə yeddinci mərtəbədən yuxarıda daha nəzərəçarpacaq dərəcədə artır.

Sağlamlığa təsiri: baş ağrıları, yuxusuzluq, gərginlik
Həkimlərin məlumatına görə, yuxarı mərtəbələrdə yaşayan insanlarda daha tez-tez baş ağrıları, yuxusuzluq, enerji çatışmazlığı və narahatlıq hallarına rast gəlinir. Bəzi hallarda depressiya və miqren diaqnozu da qoyulur. Bundan əlavə, hündürmərtəbəli binalarda hiss olunmasa da, daimi vibrasiyalar olur ki, bu da daxili gərginlik və narahatlıq hissi yarada bilər.

Ekoloji amillər də rol oynayır
Ekoloqların fikrincə, 30 metrdən yüksəkdəki hava (təxminən 8-ci mərtəbə və yuxarı) çirkləndirici maddələrlə daha zəngindir. Bu, xüsusilə yaxınlıqda sənaye müəssisələri yerləşən ərazilərdə daha çox müşahidə olunur. Zərərli hissəciklər havaya qalxaraq yeddinci mərtəbədən yuxarıda toplanır, bu isə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanlar üçün xüsusilə təhlükəlidir. Maqnit sahəsi, elektromaqnit fon, vibrasiya və hava çirkliliyi kimi amillər nəzərə alındıqda, çoxmərtəbəli binalarda yaşamaq üçün ən optimal seçim – aşağı və orta mərtəbələrdir. Məhz bu mərtəbələrdə sağlamlıq və rifah üçün daha sabit və təhlükəsiz şərait yaranır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 May 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri