Nəcməddin Sadıkova stəkan alan polkovnikə cinayət işi açıldı KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarənin daha üç əməkdaşı haqda cinayət işi başlanılıb.
KONKRET.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, eks-nazirlik əməkdaşları 1 milyon manatdan artıq mənimsəmədə ittiham olunurlar.
Elnur Süleymanovdan əlavə, bölmə rəisi polkovnik-leytenant Emin Əliyev və idarənin digər əməkdaşları Məsud İbrahimov və Pərviz Abdullayev də istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib.
Təqsirləndirilən şəxslər hazırda həbsdə deyil, məhkəməyə qədər barələrində alternativ qətimkan tədbiri seçilib.
Ziyan ödənilməsə, onları 14 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Elnur Süleymanov sonuncu dəfə Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə göndərdiyi hesabatla gündəmə gəlmişdi. Süleymanov hesabatında yazmışdı ki, N.Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat pul xərclənib. Bundan əlavə, ona hər birinin qiyməti 100 manat olmaqla 80 çaxır alınıb ki, bu da ümumilikdə 8 min manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 04 Sentyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















