Icma.az
close
up
RU
Nəcməddin Sadıkovun adı keçən 42 milyonluq cinayət işi: “Sənin balaların var, vicdanla danış...”

Nəcməddin Sadıkovun adı keçən 42 milyonluq cinayət işi: “Sənin balaların var, vicdanla danış...”

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin sabiq zabiti, işlədiyi müddətdə “Şlyapa Zahid” kimi tanınan Zahid Niftəliyevə qarşı 42 milyon 470 min manatdan artıq vəsaitin mənimsənilməsilə bağlı ittiham üzrə məhkəmə prosesi davam edir.

Bizimyol.info xəbər verir ki, noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlər ifadə verib. Hər iki şahid – Xamis Süleymanov və Xəyyam Süleymanov “Ata Bank” ASC-də işləyib.

İttihama əsasən, Zahid Niftəliyev 2016-cı ildə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim edərək, oradan 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit götürüb. Götürülmüş kredit təyinatı üzrə istifadə olunmayıb və nəticədə banka külli miqdarda ziyan dəyib. Kreditin ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət olunub və “Şlyapa Zahid”in üzərinə pulu ödəmək öhdəliyi qoyulub. Lakin məhkəmə qərarı icra olunmayaraq, kredit ödənilməyib.

2023-cü ildə “Atabank” ASC-dən götürülmüş kreditin mənimsənilməsilə bağlı cinayət işi başlanıb və o, cinayət məsuliyyətinə cəlb olunub.

Şahid Xamis Süleymanov bildirib ki, 1997-ci ildən “Ata Bank” bağlanana qədər orada işləyib. Zahid Niftəliyevi tanımadığını deyən şahidin sözlərinə görə, o, müştəriləri görmürdü, çünki onun işi daşımaçılıq, inkassasiya, seyflərə vəsaitlərin yerləşdirilməsi, nağd pulların çeşidlənməsi ilə bağlı idi.

Dövlət ittihamçısı şahidə istintaqdakı ifadəsində bankda ayrı-ayrı şəxslərin xüsusi seyfləri barədə dediklərini xatırladıb. İstintaqdakı ifadəyə əsasən, “Ata Bank”da depozitlərin saxlandığı otaqda sabiq vergilər naziri Fazil Məmmədov və müşaviri Mahir Rəfiyevə aid xüsusi seyf olub. O seyfin açarını Xamis Süleymanova etibar ediblər. Seyfə vəsait qoyulması, yaxud da oradakı vəsaitlərin hara yönəldilməsi barədə də özləri göstəriş verirdilər. Onların göstərişləri də yerinə yetirilir, pullar aparılıb, dedikləri ünvanlara çatdırılırdı.

Bu ifadəsini xatırladanda şahid Xamis Süleymanov bildirib ki, iki otaq vardı, birində əmanətlər, depozitlər, ikincisində isə müştərilərin şəxsi seyfləri saxlanılırdı:

“Bunun banka aidiyyəti yox idi. Seyflərə də həmin şəxslərin özləri nəzarət edirdi”.

Daha sonra Xəyyam Süleymanov ifadə verib. O bildirib ki, 2003-cü ildən “Ata Bank”da işləyib, kassir olub. O, Zahid Niftəliyevi tanıdığını, onu həm bankda gördüyünü, həm də kreditin qaytarılmaması ilə əlaqədar məhkəmə işi olduğunu bildirib. Şahid deyib ki, Zahid Niftəliyevə kassadan 7 milyon kredit verib: “Sistemə vurulubsa, deməli, pul verilib”.

Vəkil şahidə xatırladıb ki, Zahid Niftəliyevin bankdan götürdüyü iddia olunan kreditin məbləği 7 milyon deyil, daha çoxdur.

Zahid Niftəliyev isə bildirib ki, adına yazılan krediti götürməyib: “Mən bunların kassasının harada olduğunu heç bilmirəm. Sənin balaların var, vicdanla danış, məni görmüsən? Allahın bilər, özün bilərsən”.

Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov bildirib ki, onun gözü əməliyyat olunmalıdır. Bu səbəbdən məhkəmə prosesi daha uzun müddətə - dekabrın 18-nə qədər təxirə salınıb.

Zahid Niftəliyev ötən məhkəmə prosesində ifadəsində bildirmişdi ki, kredit onun adına götürülsə də, puldan xəbəri olmayıb. Onun bildirdiyinə görə, adına olan şirkət üçün kredit rəsmiləşdirmək barədə göstərişi keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovdan almışdı. O bildirib ki, mərhum vergilər naziri Fazil Məmmədovun ölümündən iki ay sonra çağırılıb və banka külli miqdarda kredit borcu olduğu barədə məlumat verilib.

Onun sözlərinə görə, Nəcməddin Sadıkov onu yanına çağıraraq, Fazil Məmmədovun müəyyən məsələlərdə dövlətə, orduya yardım etmək istədiyini, bunun üçün şirkət lazım olduğunu deyib. Ona öz adına olan şirkətdən istifadə olunmasını təklif edib. O da razılaşıb: “Mən də başa düşürəm, sənədi imzalayanda baxmaq lazımdır. Amma mən kim idim ki, mənə o qədər kredit verilsin?”

“Atabank” ASC-dən götürülmüş kreditin mənimsənilməsilə bağlı araşdırmalar Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamlarından biri hesab olunurdu. Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Noyabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri