Need for Speed və FIFA kimi oyunların istehsalçısı 55 milyard dollara satın alınır
Icma.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ-nin videooyun istehsalçısı olan "Electronic Arts" (EA) şirkəti investorlar qrupu tərəfindən satın alınır.
Oxu.Az bildirir ki, bu barədə şirkətin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, sazişin ümumi dəyəri 55 milyard dollar təşkil edəcək.
"The Wall Street Journal" nəşri yazır ki, bu satınalma özəl kapital və borc vəsaitləri ilə ödənilən ən böyük sazişlərdən biri olacaq. Onun 2027-ci ilin birinci rübündə başa çatması gözlənilir.
Qeyd edək ki, investorlar qrupuna ABŞ-nin "Silver Lake" investisiya fondu, Səudiyyə Ərəbistanının PIF suveren fondu və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cerad Kuşnerə məxsus "Affinity Partners" şirkəti daxildir.
EA-nın səhmdarları hər səhm üçün 210 dollar alacaqlar.
EA "Battlefield", "Need for Speed", "The Sims", "Medal of Honor", "EA Sports FC" (daha əvvəl FIFA adı ilə tanınan), "Madden NFL", "NBA Live", NHL və "EA Sports UFC" oyunlarının istehsalçısı kimi məşhurlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 Sentyabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















