Icma.az
close
up
RU
Nəfəsə görə Manaf Ağayev və Aqşin Fateh bir birinə meydan oxudu

Nəfəsə görə Manaf Ağayev və Aqşin Fateh bir birinə meydan oxudu

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Müğənni Manaf Ağayev və meyxanaçı Aqşin Fateh arasında gərginlik yaşanıb.

Yenisabah.az xəbər verir ki, Manaf Ağayev “Öz aramızda” verilişində Aqşin Fatehə sərt ismarıc göndərib. Buna səbəb isə meyxanaçının “Tarixin bir günü” proqramında səsləndirdiyi fikirlər olub.

Aqşin Fateh həmin verilişdə bildirib ki, heç kimə vəkillik etmir, sadəcə dostunu müdafiə edir: Pepperoni pizza

“Manaf Ağayevi muğama və sənətə dəyər verən insan kimi tanıyıram. Lakin Nəfəs haqqında danışarkən "O, "Şahnaz" muğamı oxuyarsa, səhnədən gedəcəm" deməli deyildi. Demirəm Nəfəs mükəmməl oxuyacaq, amma onu başqa yöndə inkişaf etdirəcək.

Manaf bəyin xətrini çox istəyirəm. Mən heç kimə vəkillik etmirəm. Sadəcə, dostum haqqında kimsə nəsə deyirsə, ona müdaxilə etməliyəm. Nəfəsin gücü hara qədər çatırsa, ora qədər də oxuyacaq.”

Bu açıqlamaya cavab olaraq Manaf Ağayev deyib:

“Qabağındakı uşaq deyil. 62 yaşım var. Sənin başın üçün deyil məndə səhv tutmaq.

Aqşinlə işim yox idi, amma bundan sonra olacaq. Musiqini bilməyən "Şahnaz" muğamından danışır. Dostlarım da ayağa qalxsa, bunun qarşısında necə duracaqsan?!

Biz musiqi davası edirik. Sən muğam bilirsən?! Sənin muğamdan danışmağın, mənim meyxanadan danışmağım kimidir. Bir daha deyirəm: Nəfəs "Şahnaz"ı oxusa, mən sənətdən gedəcəyəm. Oxuya bilməsə, sən də meyxanadan get.

Nəfəsin də xətrini çox istəyirəm, amma bu muğamı oxuyan təkcə Xan əmidir. Oxusa, biri də Nəfəs olacaq”.

Aqşin Fateh də müğənninin sözlərinə cavab verib:

“O, efirdə çox başından yuxarı danışıb. Manaf Ağayev deyib ki, Aqşinə "Şahnaz" muğamı oxutduracağam. Mən də sənə səhərə qədər əruz bəhrində meyxana dedirdəcəyəm. Yaşına və sənətinə hörmətlə yanaşıram. Qaldı ki mənimlə işinin olmasına, o da olacaq. Efirdən sonra da zəng vurdum, danışdıq. Bundan sonra bu mövzu nə efirdə, nə də başqa yerdə müzakirə olunsun. Özüm oturub onunla üz-üzə danışacağam.”

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri