Icma.az
close
up
RU
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər

Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnvestorlar ABŞ və İsrailin İrana zərbələri, eyni zamanda Tehranın qonşu ölkələrə qarşı hücumlarını davam etdirməsi fonunda Yaxın Şərqdəki hadisələri yaxından izləyirlər.

Marja xəbər verir ki, İrana qarşı hücumlar regional neft və qaz nəqlini alt-üst edib və qlobal neftin təxminən beşdə birinin keçdiyi həyati əhəmiyyətli Hörmüz boğazı faktiki olaraq bağlanıb. Münaqişə həmçinin inflyasiyanı artıra biləcək yeni enerji böhranı qorxusunu da gücləndirib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Analitiklər xəbərdarlıq ediblər ki, böhran nə qədər uzun davam edərsə, tədarük "zəncirlərinin" təsirlənməsi və qiymətlərin artması ilə qlobal iqtisadiyyat üçün bir o qədər ağrılı olacaq.

Bakı vaxtı ilə saa 12:10-a olan məlumata görə, ABŞ xam nefti 3,6% bahalaşaraq bir barel üçün 73,81 dollardan ticarət olunub. Qlobal etalon Brent nefti isə 4,3% bahalaşaraq 81,08 dollar səviyyəsindədir.

Neftdə 100 dollar ssenarisi

Yaxın Şərqdə başlayan müharibədən sonra bəzi analitiklər neft qiymətlərinin bir barel üçün 100 dollara çatması riskini qiymətləndirməyə başlayıblar.

İnvestorlar həm də qəfil geosiyasi gərginliklərin səbəb olduğu birja enişlərinin alış fürsəti olub-olmadığını yenidən nəzərdən keçirirlər. Neft analitikləri arasında hazırda 100 dollara qədər artım barədə vahid fikir olmasa da, bu, səhm investorlarının hazırda nəzərə aldığı riskdir.

"Freedom Capital Markets"in baş qlobal strateqi Jay Woods bildirib ki, neft qiymətləri uzun müddət yüksək qalarsa, inflyasiya narahatlıqları arta bilər. Onun sözlərinə görə, bu, istehlakçılar üçün böyük və gözlənilməz yükdür və Federal Ehtiyat Sisteminin (FED) Donald Trampın faizləri azaltmaq təzyiqi altında olduğu bir dövrdə həll etmək istəmədiyi bir problemdir.

"Bloomberg Intelligence"ın strateqlərinə görə, tarixi baxımdan neft qiymətlərinin bir barel üçün 100 dollardan yüksək səviyyələri səhmlərə mənfi təsir göstərir. Strateqlər 1983-cü ildən bəri neftin 100 dollardan yuxarı olduğu dövrlərdən sonrakı bir il ərzində S&P 500 indeksinin orta hesabla 1,6% azaldığını bildiriblər. Hörmüz boğazının uzun müddət bağlanmasının 1973-cü il ərəb neft embarqosu və 1979-cu il İran inqilabı zamanı yaşanan xam neft şoklarını xatırlada biləcəyi qeyd edilib. Strateqlər 1973-cü il embarqosunun S&P 500 indeksinin illik 29% azalmasına səbəb olaraq staqflyasiya xarakterli resessiyaya gətirib çıxardığını, lakin ikinci böhranın 1980-ci il resessiyasına baxmayaraq S&P 500 indeksində illik 11,3% artımla nəticələndiyini bildiriblər.

Michael Wilsonun rəhbərlik etdiyi "Morgan Stanley"in səhm strateqləri də səhm bazarları üçün mümkün eniş ssenarisi kimi bir barel üçün 100 dollarlıq xam neft qiymətini göstərirlər.

Vergi və konsaltinq xidmətləri şirkəti "RSM US"un baş iqtisadçısı Joseph Brusuelas isə hesab edir ki, hazırkı Amerika iqtisadiyyatında neft qiymətlərinin artımı yarım əsr əvvəl olduğu kimi iqtisadi artım və ya inflyasiya üçün eyni dərəcədə ciddi aşağı risk yaratmır. Onun fikrincə, istehlak xərclərində ciddi azalma üçün neft qiymətləri 120–130 dollar aralığına yüksəlməlidir. Brusuelas əlavə edib ki, hazırda enerji bazarlarında müşahidə olunan ilkin qiymət hərəkətləri ABŞ-ın iqtisadi artım və inflyasiya perspektivləri üçün hələlik ciddi risk formalaşdırmır.

RBC Capital Markets:

“Bazardakı ehtiyat istehsal gücü son dərəcə məhduddur və demək olar ki, tamamilə Səudiyyə Ərəbistanındadır. Gərginlik davam edərsə, Brent neftinin 100 dolları keçməsi qaçılmazdır.”

Kpler Ltd.:

“İranın boğazı bağlaması neft qiymətlərində bir barel üçün 120–150 dollar aralığında sıçrayışa səbəb ola biləcək güclü şok dalğası yarada bilər.”

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://marja.az
archiveBu xəbər 03 Mart 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri