Icma.az
close
up
RU
Neft dünya üçün həyati əhəmiyyət daşıyacaq

Neft dünya üçün həyati əhəmiyyət daşıyacaq

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Neft gələcəkdə də həyati əhəmiyyət kəsb edəcək, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2050-ci ilədək iqtisadi inkişaf və əhalinin artımı hesabına tələbatın gündəlik 123 milyon barrelə yüksələcəyi gözlənilir.

"Ölkə.az" xəbər verir ki, bu barədə təşkilatın baş katibi Heysəm əl-Qays OPEC-in yaradılmasının 65 illiyinə həsr olunmuş məqaləsində yazıb: "Gələcəyə baxsaq, neft həyati əhəmiyyət daşıyacaq. "OPEC World Oil Outlook 2025"in qlobal neft bazarının son illik icmalına görə, 2050-ci ilə qədər neftə tələbat gündə təxminən 123 milyon barelə qədər arta bilər. Bu artım, iqtisadiyyatlar genişləndikcə və əhali artdıqca dünyanın daha çox enerjiyə ehtiyacı olması ilə əlaqədardır. Enerji təhlükəsizliyi hər kəs üçün kritik olaraq qalır və neft olmadan ağlasığmazdır", - o yazıb.

OPEC-in baş katibi qeyd edib ki, inkişaf etməkdə olan ölkələrdə milyardlarla insan enerji çatışmazlığı ilə üzləşməkdə davam edir. Ona görə də insanların, iqtisadiyyatın və ətraf mühitin ehtiyaclarını tarazlaşdırmaqla bütün növ enerjidən istifadə etməklə bu artımın necə əldə oluna biləcəyini müəyyən etmək həyati əhəmiyyət kəsb edir. Onun fikrincə, əsas diqqət bütün enerji növləri, bütün texnologiyalar və bütün xalqlar daxil olmaqla, inteqrasiya olunmuş yanaşmaya yönəldilməlidir.

"1960-cı ildə olduğu kimi, OPEC dünyanın üzləşdiyi enerji çağırışları və imkanlarını həll etmək üçün ölçülmüş və real strategiya yeritməyə davam edir. Eyni zamanda, biz bütün dünyada dövlətlər və insanlar üçün ən yaxşı enerji yollarını müəyyənləşdirməyə çalışarkən bazarı sabitləşdirmək səyləri ön planda qalır", - o qeyd edib.

Təşkilatın baş katibinin sözlərinə görə, gələcəyin proqnozlaşdırılması həmişə çətinliklərlə bağlı olsa da, OPEC-in təcrübəsi, enerji və neftə artan tələbat onu göstərir ki, təşkilatın yaxın onilliklərdə əhəmiyyətinin azalması və ya "pik neft" proqnozları ilə bağlı istənilən bəyanatlar ehtiyatla qəbul edilməlidir.

"OPEC sabitlik mənbəyi, qlobal enerji sənayesinin strukturunun əsas elementi, neft və neft məhsullarının dünya üçün əhəmiyyətini vurğulayan səs olub və qalacaq", - o əlavə edib.(Report)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Sentyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri