Icma.az
close
up
RU
Neft ərazisində ev tikən kimdir? VİDEO

Neft ərazisində ev tikən kimdir? VİDEO

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suraxanı rayonunda ağacların kəsilərək yerində obyekt tikilməsinə dair məlumatlar yayılıb.

 Məsələni araşdıran zaman məlum olub ki, həqiqətən də Yeni Günəşli qəsəbəsində bir neçə ağac kəsilərək yerində obyektlər tikilir.

COP29 kimi dünya miqyasında mötəbər iqlim tədbirlərinə ev sahibliyi edən Azərbaycanda kiminsə biznes maraqlarına görə ağacların kəsilməsi təəssüf doğurur. Bu illərdir ölkəmizdə aparılan yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və ekoloji təmiz şəhər siyasətinə zidd addımlardır.

Bu hadisə Bakıətrafı hansısa yeni tikilən məhəllədə baş versəydi, düşünmək olardı ki, gözdən yayınıb, amma ağacların kəsilərək yerində obyekt tikilməsi Ramiz Cəfərov küçəsində, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin yaxınlığında, yerli icra strukturlarının gözü önündə baş verib. Belə ki, ikinci Qarabağ müharibəsi qazisi olduğunu deyən Elvin Zeynalov ərazidəki ağacları kəsdirərək yerinə dəmir konstruksiyalar ilə quraşdırılmış kiosk yerləşdirib.

Həmin ərazi SOCAR-ın Azneft İstehsalat Birliyinin balansında olduğundan neft sənayesi obyektlərinin təhlükəsizliyini təmin edən “Security Operation Services” özəl mühafizə şirkətinin əməkdaşları torpaq sahəsinin özbaşına zəbt edilərək üzərində qanunsuz obyekt tikilməsinə icazə verməyib.

Əməlinin qanuna zidd olması barədə Elvin Zeynalova mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq olunub, lakin o ətrafına topladığı bir neçə müharibə veteranı ilə birlikdə tikintinin dayandırılmasını tələb edən mühafizəçilərə hücum çəkib. Elvin Zeynalov nümayişkəranə şəkildə heç bir sənədinin olmadığını, “Qarabağ qazisi” olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib.

Torpaq zəbti barədə Daxili İşlər Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Lakin əraziyə gələn icra hakimiyyətinin əməkdaşları nədənsə qanunsuz torpaq zəbtinə laqeyd münasibət sərgiləyib, hətta obyekt tikintisinə göz yummadıqları üçün mühafizəçilərlə münaqişəyə belə giriblər.

İcazəsiz daşı daş üstünə qoymağın mümkün olmadığını bildiyimiz üçün icra hakimiyyətinin işçilərinin qanunsuz tikintiyə olan “isti” münasibəti bizdə bu özbaşına tikilinin hansı dairələrdə “bişməsinə” dair müəyyən təsəvvürlər yaradır.

İnternetdə kiçik araşdırma etməklə Elvin Zeynalovun bundan öncə də bir neçə dəfə qanunsuz torpaq zəbti həyata keçirdiyini öyrəndik. (https://report.az/hadise/qazi-adindan-istifade-ede…)

Belə ki, o 2021-ci ildə Sabunçu rayonu ərazisində neft kəmərinin mühafizə zonasında boş torpaq sahəsini zəbt edərək üzərində qanunsuz tikinti işləri həyata keçirib. “Evim yoxdu, illərdir kirayələrdə sürünürəm” deyən Elvin Zeynalovun inşaat işləri sona yaxınlaşdıqca tikilinin ev yox, obyekt olduğu məlum olub. Bir neçə müddət sonra isə Elvinin həmin obyekti məşhur mağazalar şəbəkəsinə icarəyə verdiyinə dair videolar paylaşılıb:

Elvin Zeynalov bütün müharibə əlilləri kimi dövlətin tam sosial qayğısı ilə əhatə olunub, hətta əldə etdiyimiz məlumata görə, ona mənzil də verilib. Bununla belə “Qarabağ qazisi” adından istifadə edib qanunsuz işlərinə göz yumulmasını tələb edən Elvinin əməlləri təəssüf doğurur. Və bütün bunlardan sonra insanda sual yaranır, Elvin Zeynalov neçə obyekt sahibi olmalıdır ki, neft sənayesinə aid torpaqları zəbt etməkdən gözü doysun, qanunsuz əməllərindən əl çəksin?

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Yanvar 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri