Icma.az
close
up
RU
Neft gəlirləri azalır: Rusiyanın büdcə kəsiri 3 dəfə arta bilər

Neft gəlirləri azalır: Rusiyanın büdcə kəsiri 3 dəfə arta bilər

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya dövlət büdcəsinin defisiti 2026-cı ilin sonuna qədər rəsmi hədəfdən təxminən üç dəfə çox arta bilər, çünki Hindistanın neft alımlarının azalması və neftin ticarət endirimlərinin artması gəlirləri azaldır. Eyni zamanda, xərclərin gözləniləndən yüksək olması da mümkündür.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" hökumətə yaxın mənbəyə istinadla yazır.

Mənbə hökumət analitik mərkəzinin iqtisadçılarının hesablamalarına istinad edib, lakin bu hesablamaların dərc olunması planlaşdırılmır. Bu, sanksiyalar, yüksək faiz dərəcələri və əmək çatışmazlığı ilə üzləşən Rusiya iqtisadiyyatı üzərində artan təzyiqi göstərir.

Hesablamalar göstərir ki, enerji gəlirləri 2026-cı ildə hökumət planına nisbətən 18% azala bilər ki, bu da defisitin ÜDM-in 3,5-4,4%-inə qədər yüksəlməsinə gətirib çıxaracaq; planlaşdırılmış göstərici isə 1,6% idi. Eyni zamanda, xərclərin 4,1-8,4% artacağı proqnozlaşdırılır.

Gözlənilir ki, büdcənin ümumi gəlirləri planlaşdırılmış göstəricidən 6% azalaraq 37,9 trilyon rubl (494,78 milyard dollar) səviyyəsinə düşəcək.

"Büdcə vəziyyəti kəskin pisləşir. Gəlirlər daha az, xərclər isə daha yüksək olacaq", deyə mənbə bildirib. Həmin şəzs məxfilik səbəbindən anonim qalmaq istədiyini əlavə edib.

Son məlumatlara görə, yanvar ayında enerji gəlirləri iki dəfə azalıb və 2020-ci ilin iyulundan bəri ən aşağı səviyyəyə – 393,3 milyard rubl (5,13 milyard dollar) düşüb.

Rusiya iqtisadiyyatı müharibənin ilk üç ilində nisbətən yaxşı inkişaf etsə də, keçən il kəskin yavaşlayıb. Bunun səbəbi Mərkəzi Bankın inflyasiyaya qarşı mübarizə apararaq faiz dərəcələrini 2000-ci illərin əvvəlindən bəri ən yüksək səviyyəyə qaldırmasıdır.

Qərb sanksiyaları, Rusiya energetika sektoruna və onun müştərilərinə yönəlmiş, Rusiyanın neftinin beynəlxalq benchmark qiymətlərdən 20%-dən çox endirimlə satılmasına səbəb olub.

Ötən il rublun dollar qarşısında 45% yüksəlməsi də gəlirlərə təsir göstərib, çünki neft vergiləri ABŞ dolları ilə hesablanır, lakin rublla ödənilir.

Hesablamalar ABŞ prezidenti Donald Trampın Hindistanı Rusiya nefti almağı dayandırmağa razı salmasından əvvəl aparılıb, lakin mənbə bildirib ki, onlar Hindistanın alımlarının 30% azalacağı ehtimalına əsaslanır və bu fərziyyə hələ də qüvvədədir.

Bildirilib ki, Rusiya büdcə ehtiyatlarında 4,1 trilyon rubl vəsaitə malikdir, hökumət defisiti qarşılamaq üçün bunlardan istifadə edə bilər, lakin analitiklər hesab edirlər ki, mövcud gəlir azalması tempi ilə bu ehtiyatlar ilin sonunda böyük ölçüdə tükənəcək.

Analitik mərkəzin qiymətləndirmələri ümumilikdə kommersiya bankları və digər tədqiqat institutlarının proqnozları ilə üst-üstə düşür. Məsələn, Alfa Investment analitikləri hesab edir ki, əgər indiki neft qiymətləri və rublun məzənnəsi qalarsa, büdcə bu il təxminən 3 trilyon rubl gəlirdən məhrum ola bilər ki, bu da büdcə ehtiyatlarının 73%-dən istifadə deməkdir.

Rusiyanın ikinci ən böyük bankı VTB-nib analitikləri hesablayıblar ki, 2026-cı ildə dövlət ehtiyatlardan 2,5 trilyon rubl götürəcək və yalnız 1,6 trilyon rubl "təhlükəsizlik yastığı" qalacaq.

Rusiya iqtisadiyyatı sürətlə büdcəyə gəlir mənbələrini itirir. Neft ixracı azalır, alıcılar rus enerji daşıyıcılarını rədd edir və müharibəni maliyyələşdirən "qızıl balon" partlaya bilər.

"The New York Times" yazır ki, neft gəlirlərinin azalması Rusiyanı Ukrayna ilə birbaşa danışıqlara məcbur edib. Gəlirlərin azalması büdcə defisitin artırılmasına, vergilərin yüksəldilməsinə və dövlət borcunun böyüməsinə səbəb olub.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Fevral 2026 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri