Icma.az
close
up
RU
Neft hasilatı artırılır, bazara necə təsir edəcək? Ekspertdən AÇIQLAMA

Neft hasilatı artırılır, bazara necə təsir edəcək? Ekspertdən AÇIQLAMA

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

OPEC-in yaydığı məlumata görə, əvvəllər neft hasilatını gündəlik 1,65 milyon barel məhdudlaşdıran səkkiz OPEC+ ölkəsinin (Əlcəzair, Küveyt, İraq, BƏƏ, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Oman və Rusiya) nazirləri sabit qlobal iqtisadi proqnozu və əlverişli cari bazar şərtlərini nəzərə alaraq, dekabr ayında neft hasilatını gündəlik 137 min barel artırmaq qərarına gəliblər.

"Dekabrdan sonra mövsümilik səbəbindən səkkiz ölkə 2026-cı ilin yanvar, fevral və mart aylarında hasilatın artımını dayandırmaq qərarına gəlib", - məlumatda deyilir.

Razılaşma iştirakçıları təsdiqləyiblər ki, 1,65 milyon barel dəyişən bazar şəraitindən asılı olaraq tədricən, qismən və ya tam bərpa oluna bilər.

Məlumatı şərh edən ekspert Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, müstəqil hesablamalara əsasən, OPEC+ ölkələrinin dekabr ayı üçün ümumi kvotası sazişi əvvəllər pozan ölkələrin kompensasiya həcmləri nəzərə alınmaqla gündəlik 38,185 milyon barel təşkil edə bilər.

“Bu da noyabr üçün elan edilmiş planından 101 min barel çoxdur”, - o əlavə edib.

Bəs kvotaların artırılması bazara necə təsir edəcək?

İ.Şaban bildirir ki, hazırda dünya bazarındakı qiymətlərin monitorinqi göstərir ki, hansısa ciddi enmə yoxdur:“Çünki bazar iştirakçıları daha çox ABŞ və Çin aradındakı ticari münasibətlərə diqqət edirlər. Ümumilikdə isə neft qiymətləri 2026-cı ildə cari illə müqayisədə azalmağa meylli olacaq.Ötən həftə Dünya Bankı 2025-2026-cı illər üzrə Brent markalı neftinin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib. Proqnoza əsasən, Brent neftinin orta qiyməti 2025-ci ildə 68 dollar səviyyəsində ehtimal edilir, 2026-cı ildə isə qiymətlərin 60 dollara qədər ucuzlaşacağı gözlənilir. Maraqlısı isə odur ki, Dünya Bankı ekspertləri gələn illə bağlı proqnozlarını artıq 2 dəfədir ki, dəyişməyiblər. Yəni neft qiymətlərinin ucuzlaşması ehtimalı hələ də yüksəkdir.

Bu ehtimalı dünyanın tanınmış neft-qaz şirkəti olan “Shell”-in baş direktoru Vael Savan üçüncü rübün nəticələrindən sonra keçirdiyi telekonfrans zamanı da təsdiqləyib. O, bildirib ki, gələn il qlobal neft bazarında təklif bolluğunun yaranması ssenarisi daha çox ehtimal edilir, lakin uzunmüddətli perspektivdə qiymətlərin artacağını gözləyir”.

Ekspert vurğulayır ki, bu da səbəbsiz deyil, çünki yaşıl enerji dünyada yaşanan hazırkı gərginlikdən sonra qlobal iqtisadiyyatın artım templərini qarşılamağa yetərli olmayacaq.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Noyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see284

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see270

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see267

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see267

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see265

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see262

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see262

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see240

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see239

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see237

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see234

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see231

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see227

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see220

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see220

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see216

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see214

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see208

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see191

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri