Icma.az
close
up
RU
Neft kimya elminin görkəmli siması

Neft kimya elminin görkəmli siması

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Musa Rüstəmov – 95

Böyük dühaları ilə tanınan Vətənimiz Azərbaycana böyük mütəfəkkirlər, elm və sənət adamları bəxş edən Naxçıvan Muxtar Respublikasının yetirmələrindən biri də əslən Ordubaddan olan kimyaçı-alim, akademik Musa İsmayıl oğlu Rüstəmovdur.

Bu il tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü olan Musa Rüstəmovun anadan olmasının 95, elmi fəaliyyətinin 70 ili tamam olur.

Akademik Musa Rüstəmov 1930-cu il mayın 8-də dünyaya göz açmış, 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirmiş, Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda elmi fəaliyyətə başlamışdır.

İlk illərdən böyük nüfuz qazanan alim 1959–1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik və böyük elmi işçi, laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1961-ci ildə “Xırda dispers materialların “yarımaxın” xətti tətbiq olunmaqla kontakt-katalitik heterogen proseslərin aparılması üçün yeni yüksək səmərəli sistemlərin işlənib hazırlanması” mövzusunda namizədlik, 1968-ci ildə isə “Yarımaxın xətli reaktorlarda neft xammallarının katalitik krekinq proseslərinin texnologiyasının tədqiqi və işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edərək 1971-ci ildə professor elmi adına layiq görülmüşdür. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cı ildə isə həqiqi üzvü seçilmişdir. 1988–2011-ci illərdə həmin institutun direktoru olmuş, bu elmi müəssisənin Neft və qazın kimyası və texnologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, neft emalı və neft kimyası proseslərinin texnologiyası, kimyəvi kinetika və kataliz sahələrində tanınmış mütəxəssisdir.

Akademik neft emalının dərinləşməsi üçün heterogen katalitik proseslərin yaradılması sahəsində xüsusi iz qoymuşdur. Onun rəhbərliyi ilə ilk dəfə olaraq yüksək dispersli (kiçik ölçülü) bərk hissəciklərin birbaşa axını və yarımaxını sistemlərində qaz fazası ilə qarşılıqlı təsir prinsiplərini öyrənməkdə, yeni reaktorların konstruksiyalarının hazırlamasında, xırda dispers katalizatorlar üzərində katalitik prosesləri aparmaq üçün yeni texnoloji sistemi yaratmağa imkan verən əsas nəzəri təkliflərin işlənib hazırlanmasında böyük xidmətləri olmuşdur. Məhz bu işlər buxar fazada heterogen kataliz proseslərinin həyata keçirilməsinin bir sıra yeni, daha səmərəli texnologiyaların yaradılmasına imkan vermişdir. Qeyd edək ki, bu yüksək səmərəli sistem keçmiş SSRİ-nin bir sıra zavodlarında və “Azərneftyanacaq” İstehsalat Birliyində (Q-43-107) tətbiq olunmuşdur.

Musa Rüstəmovun rəhbərliyi altında respublikamızda hidrogen energetikası sahəsində ilk tədqiqat işləri aparılmış, respublikamızda enerji daşıyıcılarının gələcək istifadəsi konsepsiyası, Azərbaycan neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanmışdır.

M.Rüstəmovun apardığı çoxcəhətli elmi tədqiqatların nəticələri 800-dən artıq elmi əsərdə, o cümlədən 4 monoqrafiya, 137 müəlliflik şəhadətnaməsi və patentdə əksini tapmışdır. Elmi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirən akademikin rəhbərliyi ilə 15 elmlər doktoru və 51 fəlsəfə doktoru hazırlanmışdır.

O, Şərqi Avropa ölkələri akademiyalarının neft kimyası problemi üzrə birgə işlənilən katalitik və destruktiv izomerləşmə mövzusunun rəhbəri, Ümumdünya Hidrogen Energetikası üzrə Assosiasiyasının üzvü və 1976–1982-ci illərdə keçmiş SSRİ EA Rəyasət Heyətinin Hidrogen energetikası üzrə komissiyasının üzvü olmuşdur.

Akademik M.Rüstəmov AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən “Neft kimyası” və “Yanacağın kimyası və texnologiyası” üzrə elmlər və fəlsəfə doktorluğu dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın üzvü, “Neft kimyası və neft emalı prosesləri” adlı jurnalın baş redaktoru, eləcə də “Azərbaycan kimya jurnalı”nın redaksiya heyətinin üzvü olmuşdur.

Alim əldə etdiyi nailiyyətlərinə və elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə 1979-cu ildə Əməkdar elm xadimi, 1982-ci ildə isə “Azərbaycan SSR Dövlət Mükafatı Laureatı” adlarına layiq görülmüş, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Eyni zamanda 2002-ci ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində “Elm və texnologiya” mükafatına layiq görülmüşdür.

Ömrünü bütünlüklə elmə həsr etmiş, zəngin bir irs qoymuş Musa Rüstəmov 2022-ci il noyabrın 29-da dünyasını dəyişmişdir. Alimin vəfatı ilə bağlı Prezidenti İlham Əliyevin imzası ilə nekroloq verilmişdir. Mərhumla vida mərasimi AMEA-nın əsas binasında elm və təhsil ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş, nəşi isə 2-ci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Yaddaşlarda iz salmış dəyərli akademik Musa Rüstəmov bu ilin sonunda 120 illik yubileyi keçiriləcək dahi azərbaycanlı alim Yusif Məmmədəliyev məktəbinin parlaq yetirməsi və layiqli davamçılarından biri olub.

Gərgin elmi fəalityyəti ilə yanaşı, akademik Musa Rüstəmov ictimai işlərlə, xeyriyyəçilik və maarifçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Vətəninə, elinə-obasına bağlı bir ziyalı kimi seçilmiş və sevilmişdir. Məhz 1991-ci ildə Azərbaycanın böyük mütəfəkkiri Nəsirəddin Tusinin adını daşıyan “Tusi” Xeyriyyə Cəmiyyətinin yaradılmasına təşəbbüs göstərməklə onun adının yaşadılmasına və elmi xidmətlərinin yeni nəsillərə çatdırılması işinə böyük dəstək vermişdir.

Akademik Musa Rüstəmov böyük ziyalı adını daşımaqla, qəlblərdə və yaddaşlarda müdriklik və xeyirxahlıq heykəli ucaltmışdır. O, dünyaya xüsusi missiya üçün gəlmiş nadir insanlardan biri idi. “Əməkdar elm xadimi” fəxri adına və “Şöhrət” ordeninə layiq görülməsi görkəmli alimin sanbalının göstəricisi idi. Ən başlıcası, Musa Rüstəmov müdrik insan və görkəmli ziyalı kimi hər zaman minnətdarlıqla xatırlanır.

Vaqif ABBASOV,
ETN-in Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik
Yəhya BABANLI,
“Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin sədri, fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see271

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see264

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see256

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see250

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see239

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see238

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see238

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see232

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see228

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see227

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see223

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see222

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see210

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see208

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see205

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see201

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see201

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see200

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see195

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri