“Neft qiymətinin qalxması da bu həcmi yenidən qaldıra bilər”
Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında çox maraqlı məqamlar var. İmkan olduqca, daha önəmli məqamlara ayrı-ayrılıqda toxunacam. Hələlik ən diqqətçəkən məsələ Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğinin 2025-ci ilə müqayisədə 11,95% və ya 1 milyard 731 milyon manat azalmasıdır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, bu il büdcəyə 14 milyard 481 milyon manat proqnozlaşdırılsa da, gələn il 12 milyard 750 milyon manat nəzərdə tutulur:
“Əgər azalma dinamikası belə (bərabərsürətli) davam edərsə, 2033-cü ilin ortalarında transfert sıfıra çatacaq. Təbii ki, bunun ehtimalı yüksək deyil. Bəlkə gələn il neft qiymətləri elə qalxacaq ki, 2027-ci ildə daha çox transfert edərək müxtəlif dövlət investisiya layihələri icra olunacaq. Hər halda, bu dəfəki transfer həcminin azaldılmasının əsas səbəbi neftin ehtimal edilən qiymət enişidir. Neft qiymətinin qalxması da bu həcmi yenidən qaldıra bilər. Və bu ehtimal yüksəkdir”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 16 Sentyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















