Neft qiymətləri kəskin ucuzlaşdı Brent 97 dollardan aşağı düşdü
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünya bazarında neft qiymətləri kəskin ucuzlaşıb.
Milli.Az xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin sentyabr fyuçersləri 2,88 ABŞ dolları (3,12%) ucuzlaşaraq bir barel üçün 89,31 dollara düşüb.
Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 3,91 ABŞ dolları (3,88%) azalaraq 96,78 dollar/barel olub.
Analitiklərin fikrincə, qiymət enişinin əsas səbəbi ABŞ-la İran arasında gərginliyin artmayacağına dair gözləntilərin güclənməsi və Hörmüz boğazında neft tədarükü ilə bağlı risklərin azalmasıdır. Eyni zamanda, son bahalaşmadan sonra investorların mənfəət götürmək üçün satışları artırması da bazarda qiymətlərə aşağı istiqamətli təzyiq göstərib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:139
Bu xəbər 25 İyul 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















