Icma.az
close
up
RU
Neft qiymətləri Yaxın Şərqdəki münaqişə başlayandan bəri 40 faizdən çox artıb

Neft qiymətləri Yaxın Şərqdəki münaqişə başlayandan bəri 40 faizdən çox artıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Yaxın Şərqdəki münaqişə başlayandan bəri neft qiymətləri 40 faizdən çox bahalaşıb.

AZƏRTAC xəbər verir ki, artıq üçüncü həftəyə keçən Yaxın Şərqdəki gərginlik enerji bazarlarındakı qeyri-müəyyənlik və neft qiymətindəki volatilliyə öz təsirini davam etdirir. Regionda enerji infrastrukturuna artan hücumlar fonunda neft qiymətləri təxminən bir həftə ərzində ilk dəfə ucuzlaşdıqdan sonra yenidən yüksəlişə keçib. Artan hücumlar qlobal enerji təchizatının perspektivini daha da çətinləşdirib. Birləşmiş Ərəb Əmirliklərindəki əsas yataqlardan birində əməliyyatlar dayandırıb, İraqdakı neft yatağı və BƏƏ limanı hədəf alınıb.

Mühaqişə Körfəz istehsalçılarının ixrac potensialını zəiflədib, emal proseslərində fasilələrə səbəb olub və dizel istehsalı üçün uyğun xam neft növlərinin axınını ciddi şəkildə azaldıb. Körfəzdən xam neft ixracının təxminən 60 faizi orta və ağır xam neftdən ibarətdir və Yaxın Şərqdən kənarda bu növ nefti tədarük edə biləcək alternativ istehsalçılar olduqca məhduddur.

Hörmüz boğazından daşınmaların demək olar ki, tamamilə dayandırılması isə xüsusilə Asiyadakı istehlakçılara təsir göstərməyə başlayıb. Asiyada bəzi ölkələrdə yanacaq xərcləri son günlərdə ikiqat artıb. Çin və Taylanddan sonra Koreya Respublikası da daxili bazarını qorumaq üçün ixracı məhdudlaşdırmağa başlayıb.

Ekspertlərin fikrincə, Yaxın Şərqdən, eləcə də qlobal miqyasda enerji nəhənglərindən hər gün gələn yeni xəbərlərin çoxluğu birjalarda qiymətlərin hər gün yuxarı və aşağı iqtiqamətli dəyişməsinə səbəb olur. Eyni vaxtda təxminən 100 fərqli inkişaf baş verir. Bazar nə qədər tədarükün dayandırıldığını və bunun nə qədər davam edəcəyini anlamağa çalışır. Yaxın Şərqdəki müharibənin yaratdığı tarixdəki ən böyük neft bazarı şokunun xam neftdən savayı reaktiv yanacaq və dizel yanacağı kimi məhsulların qiymətinə də daha çox təsir göstərir. Belə ki, bir çox emal olunmuş məhsullarındakı qiymət artımı xam neftə nisbətən daha güclü olub.

Ötən həftə Beynəlxalq Enerji Agentliyi (IEA) 32 üzv ölkənin ümumilikdə 400 milyon barel strateji neft ehtiyatlarından istifadə edəcəyini açıqlayıb. Yaponiya həftənin əvvəlində strateji neft ehtiyatlarından istifadə etməyə başlayıb. ABŞ isə strateji ehtiyatların ilk neft partiyasını istifadə etməyə hazırlaşır. Qlobal miqyasda əlaqələndirilən strateji neft ehtiyatlarının istifadəsinin lazım gələrsə artırıla bilər. ABŞ və müttəfiqlərinin isə enerji bazarlarında tədarük şoklarına qarşı ayıq-sayıq qaldıqları bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2026 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri