Icma.az
close
up
RU
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər PROQNOZ

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər PROQNOZ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Hörmüz boğazı avqust ayına qədər faktiki olaraq bağlı qalacağı təqdirdə neft qiymətləri 150 dollara yüksələcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə enerji bazarı üzrə məsləhətçi “FGE NexantECA” şirkətinin fəxri sədri Fereidun Fesharaki deyib.

“Əgər Hörmüz boğazı açılmasa, neft qiymətləri ilin sonuna qədər 150-200 dollara, bəlkə də 200 dollara yaxınlaşacaq. Ancaq ilin sonuna qədər gözləməyə ehtiyac yoxdur. Neft qiymətləri iyul və ya avqust aylarında bir barel üçün 150 dollara çata bilər. Ehtiyatlar iyulun ortalarına və ya ən geci iyulun sonuna qədər əməliyyat minimumlarına çatdıqda, çox güman ki, təzyiq bazarda artacaq. Məhz həmin vaxt qiymətlərdə böyük artımlar olacaq”, - deyə o bildirib.

Yaxın Şərqdəki münaqişənin başlamasından ötən 100 gündən çox müddətdə birjalarda neft qiyməti 75 ilə 126 dollar arasında kəskin dalğalanmalar nümayiş etdirib. “Brent”in fyuçers qiymətləri münaqişədən əvvəlki son ticarət günündə - fevralın 27-də 72,48 dollar idi. Geosiyasi narahatlıqlar səbəbindən martın 2-də “Brent”in qiyməti 82,37 dollara, martın 6-da isə 90 dollara yüksəlib və həftəni 92,69 dollarda tamamlayıb. Bu, 2020-ci ilin aprel ayından bəri neft qiymətlərində təxminən 27,9 faizlə ən sürətli həftəlik artım olub.

Qiymətdəki dalğalanmalar martın ikinci həftəsində güclənib və martın 9-da “Brent” 119,5 dollara satılıb. Aprelin 8-də qiymət kəskin şəkildə aşağı düşüb və təxminən 17,3 faiz azalaraq 90,40 dollar təşkil edib. “Brent” qiymət aprelin 30-da 126,41 dollara yüksəlib və münaqişənin başlanğıcından bəri ən yüksək səviyyə çatıb. Bu qiymət təxminən son 4 ildə ən yüksək səviyyə kimi qeydə alınıb.

“Brent”in qiyməti aprel ayı ərzində 86-126 dollar arasında kəskin dalğalanmalar yaşayıb. May ayı ərzində qiymətlər 91-115 dollar arasında dəyişib. Hazırda “Brent” markalı xam neftin qiyməti müharibədən əvvəlki səviyyələrlə müqayisədə təxminən 30 faizlik artımını qoruyub saxlayır və 92 dollar civarındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri