Icma.az
close
up
RU
Neft qoxulu Bakıdan gülüstanlığa doğru dəyişən yaşıllıqlar şəhəri repotaj

Neft qoxulu Bakıdan gülüstanlığa doğru dəyişən yaşıllıqlar şəhəri repotaj

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı dəyişir. Neftin qoxusu ilə tanınan bu şəhər indi gül ətirli cığırları, fəvvarələrin səsi ilə gözəlləşir. Azərbaycanın paytaxtı betondan sıyrılıb, təbiətə qucaq açır.

Əgər bir zamanlar şəhər daha çox daş divarları, modern binaları və avtomobil sıxlığı ilə xatırlanırdısa, bu gün onu yaşıl zonaları, müasir parkları və geniş istirahət məkanları ilə tanıyırlar. Paytaxt hazırda dünyanın intensiv şəkildə ən çox park və açıq ictimai məkanlar salınan şəhərlərindən birinə çevrilməkdədir.

Bu tendensiya sadəcə şəhərin görüntüsünü dəyişmir. O, həm də insanların gündəlik həyatına, psixoloji rifahına və ekologiyaya ciddi təsir göstərir.

Son illərdə həyata keçirilən şəhərsalma layihələrinin önəmli hissəsi yaşıllaşdırma və istirahət zonalarının yaradılması ilə bağlıdır. Məsələ təkcə yeni parkların salınması ilə yekunlaşmır. Eyni zamanda mövcud parkların yenilənməsi, onların funksional və ekoloji cəhətdən müasirləşdirilməsi istiqamətində də addımlar atılır.

Hazırda paytaxtda açıq hava mədəniyyət tədbirləri, kinoseanslar, kitab festivalları və müxtəlif idman aksiyaları məhz bu yeni park və ictimai məkanlarda keçirilir. Bu da şəhər məkanlarının sadəcə dekorativ deyil, funksional hala gətirilməsinə zəmin yaradır.

Yeni salınmış parkların oyun meydançaları, səliqəli skamyaları, süni gölləri, velosiped yolları və istirahət üçün gözəl guşələri var. Beləliklə Bakıda urbanizasiya və infrastruktur baxımından sürətli inkişafla yanaşı, yaşıl məkana çevrilmə istiqamətində də mühüm addımlar atılır.

Bu təşəbbüslər təkcə şəhərin gözəlliyini artırmır, eyni zamanda ekoloji tarazlığı qoruyur, havanın keyfiyyətini yaxşılaşdırır. Bundan başqa yeni parklar şəhər sakinlərinin həyat səviyyəsinin yüksəldilməsinə də xidmət edir.

Şəhər sakini Rəsulağa Mirzəyev "Report"a açıqlamasında Bakıda yeni parkların sayının artmasından məmnun olduğunu ifadə edib:

"Şəhərdə gözəl parklar salınır. Bu olduqca xoşdur. Belə parkların sayının artması vacibdir. Çünki bu həm ekologiya, həm də şəhərin görüntüsü baxımından çox faydalıdır".

Paytaxtın başqa bir sakini Əli Şirinov isə yayda istirahət üçün əksər vaxtlarda parklara üz tutduğunu deyib:

"Parkların yaşıllığı insanın ruhunu dincəldir. Şəhərimizdə parklarla yanaşı yaşıllıqlarında da sayı durmadan artır. Bu da insanların dincəlməsi üçün şərait yaradır. Bizə də qalır bu şəraitdən faydalanmaq".

Digər vətəndaşlar da öz növbəsində həm mərkəz, həm də ətraf qəsəbələrdə yeni parkların salınmasını insanların asudə vaxtlarını keçirmək üçün gözəl fürsət kimi dəyərləndiriblər.

Nərimanov rayonu ərazisindəki "Zəfər Parkı", Yasamalda salınan "Dədə Qorqud Parkı" və Sabunçuda yerləşən "Şuşa Parkı" bu layihələrin uğurlu nümunələrindəndir.

Məsələn, "Zəfər Parkı" təkcə qələbəni simvolizə etmir. O, həm də şəhərin gələcəyə inamının simvoludur. Yasamaldakı "Dədə Qorqud Parkı" isə keçmişlə bu günü yaşıl bir körpüdə birləşdirir. Bütün bunlar, istirahət məkanları, yaşıllıq zolaqlar şəhərin görüntüsünü yumşaldıb.

Bakının bu yaşıl dönüşü təsadüfi deyil. Bu, planlı, məqsədli bir addımdır. İnsanlar uzun illər boyunca "şəhərin böyüməsi" dedikdə yalnız hündür binaları nəzərdə tuturdu. İndi isə bu anlayış dəyişib. İndi böyümək nəfəs ala bilmək, dinləmək və duymaqdır.
Report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 İyul 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri