Icma.az
close
up
RU
Neft, siyasət və müharibə: Yaxın Şərqdəki gərginlik Moskvanın xeyrinə işləyir ŞƏRH

Neft, siyasət və müharibə: Yaxın Şərqdəki gərginlik Moskvanın xeyrinə işləyir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Elxan Şahinoğlu: Qlobal diqqət dəyişdi, Rusiya isə bundan maksimum yararlanır

"ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsi Rusiyanın işinə yarayıb. Birincisi, beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna müharibəsindən Yaxın Şərqdəki gərgin vəziyyətə yönəlib. İkincisi, ABŞ Rusiyanın enerji daşıyıcılarına tətbiq etdiyi sanksiyaları müvəqqəti olaraq yumşaldıb".

Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Yaxın Şərqdə müharibə uzanacaqsa “müvəqqəti yumşalmanın” müddəti də uzadılacaq. Üçüncüsü, Rusiya artan neft qiymətlərindən gəlirlərini artırıb. Çin və Rusiya fürsətdən yararlanaraq Rusiyadann neft alışını artırıblar:

"Bu arada, Rusiya və Hindistan əməkdaşlığı genişləndirməyə qərar veriblər. Martin 23-də “Rusiya və Hindistan: İkitərəfli münasibətlər üçün yeni gündəliyə doğru” adlı konfransda iki ölkənin akademik, ekspert və diplomatik dairələrinin nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları ikitərəfli münasibətlərin mövcud vəziyyətini müzakirə ediblər. Çıxışlarda iki ölkə arasında siyasi tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb. Yeni Dehlinin Moskva ilə strateji tərəfdaşlığını gücləndirməsi Hindistanın xarici siyasət prioritetləri arasında qalır. Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin dekabr ayında Yeni Dehliyə səfəri zamanı strateji tərəfdaşlığı gücləndirən sazişlər imzalanıb. Öz növbəsində Kreml Hindistanın baş nazir Narendra Modinin bu il ərzində Moskvaya səfər edəcəyini gözləyir. 2025-ci ildə ikitərəfli ticarətin həcmi təxminən 60 milyard dollar olub. Liderlər 2030-cu ilə qədər bu rəqəmin 100 milyard dollara çatdıılması məqsədini təsdiqləyiblər. Maraqlıdır ki, hər iki tərəf ticarətdə dollardan imtina etməyə çalışırlar. İki ölkə arasında ticarətin 96 faizi milli valyutalarda aparılır. “Bloomberg” agentliyinin məlumatına görə, Hindistanın neft emalı zavodları Rusiya nefti üçün dollarla yox, başqa valyutalarla ödəniş etməyə başlayıb. Şirkətlər rupini "rus alıcılarına" məxsus xarici hesablara göndərirlər. Rupi daha sonra Çin yuanına, BƏƏ dirhəmlərinə və Honkonq və ya Sinqapur dollarlarına çevrilir".

Ekspert qeyd edir ki, Moskva ilə Yeni Dehli BRİCS təşkilatının gücləndirilməsi qənaətindədirlər:

"Narendra Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrinin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki, Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə ciddi əngəllər yaradıb. Yaxın Şərqdə müharibələrin bitməsi regional layihələrin icrası anlamına gəlməyəcək. Çünki, bölgədə ölkələrarası münasibətlər normallaşmadığı mühitdə yeni müharibələrin baş verməsi ehtimalı yüksəkdir. Belə vəziyyətdə bölgə ölkələrindən keçməsi planlaşdırılan nəqliyyat yollarının tikintisi real deyil. 

Yeni Dehlinin Moskva ilə strateji tərəfdaşlığı gücləndirməsinə baxmayaraq, Hindistan hökuməti xarici siyasətdə strateji muxtariyyət kursundan da imtina etmir. Bu o deməkdir ki, Yeni Dehli ABŞ və Avropa İttifaqı ilə müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlıdır. ABŞ və Avropa İttifaqı ölkələri Hindistanın əsas ticarət tərəfdaşlarıdır. Ona görə də Hindistanın Rusiya ilə yaxınlığı Qərbə qarşı yönəlməyib. Ancaq Yeni Dehli üçün iki qütb arasında balansı qorumaq asan deyil. Misal üçün İrana qarşı müharibə bitdikdən sonra Vaşinqton Yeni Dehlidən Rusiya neftini alışını dayandırmasını yenidən tələb edə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Mart 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri