Icma.az
close
up
RU
Neft ucuzlaşır, qızıl isə bahalaşır: Səbəb nədir?

Neft ucuzlaşır, qızıl isə bahalaşır: Səbəb nədir?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Son günlərdə dünya bazarlarında neft qiymətləri enməkdə davam edir”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Razi Abbasbəyli deyib.

O bildirib ki, oktyabrın 17-nə olan məlumata görə, “Brent” markalı neftin bir bareli təxminən 61 dollar civarında ticarət olunur:

“Bu, son iki-üç gün ərzində təxminən 8–10 faizlik azalma deməkdir. Ucuzlaşmanın əsas səbəbləri bazarda təchizat narahatlıqlarının azalması və qlobal tələbin zəifləməsidir.

Bunun əksinə olaraq, qızılın qiyməti isə sürətlə bahalaşır. Hazırda bir unsiya qızıl 4 300 dolları keçib. “HSBC” və “JPMorgan” kimi beynəlxalq maliyyə qurumları bildirirlər ki, investorlar geosiyasi risklərin artdığı bir dövrdə sərmayələrini təhlükəsiz liman sayılan qızıla yönəldirlər. 

Son günlərdə Fələstin–İsrail münaqişəsində barış yönümlü bəzi diplomatik siqnalların və ABŞ-da Donald Trampın seçki kampaniyası çərçivəsində “nefti ucuzlaşdıracağı” barədə verdiyi vədlərin də bazarda psixoloji təsiri hiss olunur.

Lakin “Bank of America”nın araşdırmasına görə, Trampın seçilməsindən sonra Rusiya–Ukrayna müharibəsinin dayandırılması və Moskva neftinə sanksiyaların yumşaldılması halında, “Brent” markalı neftinin qiyməti 5–10 dollar arası ucuzlaşa bilər. 

Bunun səbəbi Rusiya neftinin daha geniş şəkildə bazara çıxması və təklifin artması olardı. Digər tərəfdən, “Standard Chartered”, “Wood Mackenzie” və “JPMorgan” kimi nüfuzlu analitik mərkəzlər xəbərdarlıq edirlər ki, bu cür siyasi açıqlamalar adətən qısa müddətli bazar reaksiyalarına səbəb olur.

Onların fikrincə, real və uzunmüddətli qiymət dəyişiklikləri yalnız “OPEC+” qərarları, qlobal iqtisadi artım tempi və enerji tələbi kimi fundamental amillərlə bağlıdır.

Beləliklə, Trampın potensial “sülh planı” və ya siyasi bəyanatları neft qiymətlərində qısamüddətli azalma yaratsa da, davamlı ucuzlaşma üçün real təchizat artımı və iqtisadi sabitlik zəruridir".

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri